YENİ BAŞ NAZİR MƏLUM OLDU! - ŞOK (Yeniləndi)

trend_novruz-mammadov_270515_3

Prezident İlham Əliyevin baş nazir vəzifəsinə kimin təqdimatını verdiyi məlum olub. Bu barədə deputat Zahid Oruc Facebook-da paylaşdığı yazısında məlumat verib. "AzPolitika.info"nun məlumatına görə, yeni baş nazir Prezidfent Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov olacaq.

Deputat yazır: "Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır. O, 90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib. Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir, qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

O, heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb. Hamı qəbul edir ki, ölkəmiz yeni bir dönəmə daxil olur. Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır. Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq,tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır. Zaman ədalətli hakimdir. O üzdən, Artur Rasi-zadə özünün elitarlığı, Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi. Doğrudur,estafeti başqa insanlara verərkən, bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər, yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib, ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb. Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır. Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət,ona rəhbərlik edən Komandana böyük meydan açır. Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki, əziz millətimiz üçün xeyirli olsun!"

***

Prezident İlham Əliyevin baş nazir vəzifəsinə gözlənilməz, adı çəkilməyən bir şəxsin təqdimatını verəcəyi ehtimalı yüksək idi. Həmişə belə olub - hansısa vəzifəyə namizəd kimi adı keçən şəxslərin təyinatı baş tutmayıb. Bu baxımdan gözlənilirdi ki, yeni baş nazir də heç kimin ağlına gəlməyən - eynən Artur Rasi-zadə kimi iddiasız, kölgədə qalmağı sevən, xarizmasız bir şəxs ola bilər. Lakin bu vəzifəni Novruz Məmmədovun tutacağına zərrə qədər ehtimal verrmək mümkün deyildi.

Ən əvvəl ona görə ki, onun iqtisadiyyatla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. İxtisasca fransız dili müəllimi olan N.Məmmədov, 20 ildir ki, beynəlxalq siyasət məsələləri ilə məşğul olur. Hamının ölkədə ciddi iqtisadi reformaları gözlədiyi bir vaxtda Nazirlər Kabinetinin başına fransız dili müəlliminin gətiriləcəyini necə ehtimal etmək olardı?

İkincisi, aydın idi ki, baş nazir vəzifəsinə güclü, xarizmalı və iddialı bir şəxsi təyin etməyəcəklər. Lakin sahə üzrə qeyri-peşəkar birinin üzərində durulacağı ağıla gəlməzdi.

N.Məmmədovun baş nazir təyinatında ən mühüm məqam isə bu postun "Köhnə qvardiya"nın əlində qalmasıdır. Bu vəzifəyə "yeni komandadan" kiminsə təyin olunacağı barədə ehtimallar da özünü doğrultmadı. Demək ki, Prezident "Köhnə qvardiya"ya "stavkanı" hələ də davam etdirir.

NOVRUZ MƏMMƏDOV KİMDİR?

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov, 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilmişdir.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Bakılı A 2018-04-21 11:50:23

Novruz müəllimi tanimirsiz amma yazırsız. Çox savadlı insandı. Neçə illərdir ki vəzifələrdə işləyib hər bir işdəndə xəbəri var. Artur m. işləyəndə onun dalıycan danışırdız indi də bunun. Cavan kadrları götürsələr necə olacaq? heç bir işdən xəbərləri olmaya olmaya gəlib vəzifədə otursunlar ölkənidə bərbad hala qoysunlar. Novruz m. Yeni vəzifəsi uğurlu olsun.

Natiq 2018-04-21 11:50:23

Ə bunu HARDAN TAPDIZ BİR DÜZƏMƏLLİ ADAm qoya bilmirdsizmi ballashi mən dəıhşətə gəlirəm

Alim 2018-04-21 11:50:23

.... ARTUR KİMİ

hespe 2018-04-21 11:50:23

Hakimiyyet NK-nin gebirestanliga kocmesinin bir addimliginda dayandi.11 yash fergi cox da boyuk deyil...

Bashirov Qarib 2018-04-21 11:50:23

Absurd.Arturu qaytarin.Artur ,ay Artur hardasan.Indi nagayracog,biz.

kohne 2018-04-21 11:50:23

vay,vay,vay.........

azeri 2018-04-21 11:50:23

70 yaşı olan heç kim operativ iş görə bilməz.Fiziki cəhətdən bu mümkün deyil.Deməli yenə əvvəlki kimi baş nazir olacaq

Seyidov Mirqasim 2018-04-21 11:50:23

Təbrik edirik.Novruz MƏMMƏDOV Ulu Heydər Əliyev Siyasətini ugurla davam etdirən Prezident İlham Əliyevin apardigi daxili və xarici siyasətini müdafiə edən Dagliq Qarabag münaqişəsinin həlli yollarinin xaricdə müvəffəqiyyətlə müdafiə etməyi bacaran çox savadli bir siyasətçidir.Hörmətli NOVRUZ MƏMMƏDOV Cənablarini bu yüksək etimad münasibətilə təbrik edirik Xalqimixa ugurlar diləyirik.

lay lay 2018-04-21 11:50:23

ehhhhh qaytarin Arturu ................

--- 2018-04-21 11:50:23

Inanmiram. Cenab Novruzov olmayacaq.

azeri 2018-04-21 11:50:23

Xalqa fransiz dili öyrədəcək

николай 2018-04-21 11:50:23

Qaytarın Arturu!!!

Qubad 2018-04-21 11:50:23

https://www.youtube.com/watch?v=wzrR3UnL1ek

Müəllif 2018-04-21 11:50:23

Bu Zahid neye ve kime qulluq edir? Zahid kimi muxalifeti olan xalq bedbextdir.

Mirzə AĞ 2018-04-21 11:50:23

Bu seçim heç də pis deyil - düşərli olsun! Uğurlar diləyək!!!

Rehman Suleymanov 2018-04-21 11:50:23

Cenab Novruz muellim yaxwi insandi amma bas nazir postu...ne siyasi bir yol kecib ne iqtisadi ve s bu kimi ancag tercume merkezi ...nese ugurlar

alı 2018-04-21 11:50:23

1990-cı ildən bəri bu adam haqda normal bir sey eşitmisiniz.Xülasə iqtisadıyyatımız 3-4 dildə danlışacaq amma işimiz həqiqətən rusca olacaq.Cox deyirdiz Artur pisdiq.İndi iqtidar da deyir ki alın payinizı.Artura rəhmət oxuyacaqsiniz.

Sakit 2018-04-21 11:50:23

İqtisadiyyatımız fransız dilində tədris olunacaq.Növruz iqtisadi konsepsiyaları semeçka kimi çırtlayır.Bütün dünyada bu vəzifəyə dünya iqtisadiyyatını mükəmməl bilən şəxslər gəlir.Deməli ölkədə mütəxəssis tapılmır.Onda gedin Yaponiyadan gətirin.Bəlkə o bu bərbad ölkəni düzəlti.Day belədir mən də təklif edirəm ki,Fatmanisə xalanı baş nazir edək.

Məmməd Əlizadə 2018-04-21 11:50:23

Əgər lider Müasir Dünya siyasət aləmində tanınmış şəxsiyyət kimi dönməz, əyilməzlik, qətiyyəti, cəsarətli Azərbaycan övladı olmaqla, bəşəriyyətin diqqətini özünə və ulu məmləkətimizə yönəldərək, türkün ağıl qüdrətini və bəşəri dəyərlərin nəyə qadir olduğunu gördüyü işlərlə təsdiqləyərsə o zama xalq adından danışmaq haqqına sahib olar. Novruz Məmmədov türk oğlu kimi Ulu Öndərə sədaqətlilik nümayiş etdirməklə bu vəzifəyə çoxdan özünün layiq olduğunu təsdiq etmişdir. Təbrik edirəm. Məmməd Əlizadə.

X 2018-04-21 11:50:23

FERQ ...ARTURDAN YASCA KICidi

Sevda 2018-04-21 11:50:23

Cənab Prezident İlham Əliyevin təqdimatı düzdür! Məgər cavan adam olsaydı Nazirlər Kabinetində daş daşıyacaqdır?Təcürbəli Baş Nazirə ehdiyacımız var.Təbrik edirik,xeyirli-uğurlu olsun!

BAKILI 2018-04-21 11:50:23

Bu deputatlar ses verende geresen haralarile fikirlewibler

miri 2018-04-21 11:50:23

Millətin apreldə olan Novruz bayramı mübarək.

Müəllif-e 2018-04-21 11:50:23

Orucov Zahid Məhərrəm oğlu, Gedebeyin kendinden, 94-cu sechki dairesinden, Milli Meclise "deputat" TEYIN EDILIB ...... "Товарищ Захид Магеррамович Оруджов" KARYERISTDIR, TELIMATLARI alir Kremlin adamlarindan PA-da... ozunu "chox bilmish politoloq" kimi, teqdim edir saytlarda, Ruzvelt, Trumen, Cherchil, Reyqan, Stalin, Putin barede, NƏ GELDİ DANIŞIR, BEZDIRIB XALQI, AMMA, Gedebeyin kendlerinde, ehalinin aqir maddi veziyyeti ile MARAQLANMIR, chunki, ona YALNIZ KARYERA LAZIMDIR...

Son yazılar