Qaradağda “Oktyabrın 70 illiyi” küçəsi varmış - FOTOLAR

Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki küçələrdən biri hələ də Rusiyada baş vermiş Oktyabr sosialist inqilabının adını daşıyır. SSRİ dövründə küçəyə “Oktyabrın 70 illiyi” adı verilib.

Azərbaycanın 27 ildir müstəqil olmasına baxmayaraq, küçənin adı dəyişdirilməyib.

Küçədə cəmi 3 bina yerləşir. Amma bura yaşayış məskəninə çeviriləndə 8-10 binanın tikilməsi nəzərdə tutulurmuş. Həmin binalarda isə Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazində inşa edilməsi planlaşdırılan Atom Elektrik Stansiyasının (AES) tikintisində işləyəcək usta və fəhlələr yaşayacaqmış. Lakin 1986-cı ilin aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışından sonra Azərbaycanda AES-in tikintisindən imtina olunub. Ona görə də, “Oktyabrın 70 illiyi” adına küçədə əlavə binalar da inşa olunmayıb.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl dövlət orqanları küçənin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüblər. Amma orada yaşayanlar bununla razılaşmayıblar. Onlar qeydiyyat məsələlərində problemlə üzləşəcəklərdən ehtiyat ediblər. Bundan sonra isə məsələ ilə maraqlanan olmayıb. (Report)

[gallery size="full" ids="412278,412279,412280"]

635x100

Şərhlər

Mehdi 2018-04-21 11:27:51

Küçənin adının və ya evlərin nömrələrinin dəyişməsi nə deməkdir. 1. Şəxsiyyət vəsiqələri dəyişdirilməlidir. 2.Evlər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər dəyişdirilməlidir. 3.Küçə adlarını göstərən lövhələr dəyişdirilməlidir.4. Bütün bu dəyişikliklər naviqator sisteminə daxil edilməlidir.Bunlardan başqa təcili tibbi yardım, yanğın söndürmə, polis və öz məlumat bazalarını yeni dəyişikliklərə uyğunlaşdırmalıdırlar. Bu sadə məsələlər deyildir. Belə işlərdə yəqin ki bir keçid mexanizmi gərəkdir.

dasli qala 2018-04-21 11:27:51

Bu kucheni Qaradagin icra bashchisi Suleyman ozu ucun saxlayib ki yaxinlarının adini versin

MRP 2018-04-21 11:27:51

Sabunçu rayonunun Bilgəh qəsəbəsində 28 aprel küçəsi var.

Son yazılar