MİLLİ MƏCLİS YENİ BAŞ NAZİRİ TƏSDİQLƏDİ - DOSYE +VİDEO

Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır. APA-nın məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.

Spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib. Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

“Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”. 

Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

Novruz Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

2005-ci ilin sentyabrından UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.Üç övladı və nəvələri var.

635x100

Şərhlər

kimsəsiz 2018-04-21 12:26:34

bu məmləkət düzələn deyil. inşallah Allahımız düzəldər.

o.b.n 2018-04-21 12:26:34

Eşitdim ölkədə Baş vəzir dəyişir islahatlar başlayır sevindim.Dedim yəqin Əli Məsimli, Əli Əhmədov,İbad Qubad oğlu və başqa iqtisadiyat bilənlərdən biri seçiləcək.Səndemə fransuz dili müəllimi seçildi. İqtisadiyyat hara fransız dili hara.Bu ancaq burda münkündür.Labarant ombusman.

Asim 2018-04-21 12:26:34

Məmmədquluya-iki əlaməti yuksək olan adam bu vəzivəyə yiyələnə bilər-1 tərifləməyi bacaran,2-əlçalmağı(elə belə yox ey,ydarnik kimi).Bunların hər ikisidə bu adamda var.Başqa nə olmalıdır ki?

Qubad 2018-04-21 12:26:34

https://www.youtube.com/watch?v=wzrR3UnL1ek

Asim 2018-04-21 12:26:34

...MƏN GÖZLƏYİRDİM Kİ,Kamilxan və ya Əfrus xala baş nazir ola.Onsuz da bu fəzifədə kimin oturması önəmli deyil...

məmmədqulu 2018-04-21 12:26:34

Necə yəni önəmli deyildir? 25 il ərzində Qarabağ, Zəngəzur, dəstəfur, canım sənə desin kəlfəsurun bütün məsələlərini həll etmişdir cənab Məmmədov. O oturmayıb mən oturası deyiləm ki? Əfruz xala da gedib küçəni süpürsün və onu vuracaq Kamazı gözləsin!!

G.M 2018-04-21 12:26:34

Heyif zənnimə..bu dəfə də zənnim məni aldatdı.H.Abutalıbovu o kürsüdə görürdüm.Deputat Elman Nəsirov da 1-ci mavin.

Rehman 2018-04-21 12:26:34

dusunurem ve inaniramki ekseriyyet bele duwunurdu bas nazir Sahin Mustafayev olacaq cooox teessuf!!!

Müfəttiş 2018-04-21 12:26:34

Mayakovski demişkən- Alın ha, yana-yana qalın ha.....

Nadir 2018-04-21 12:26:34

Qoca getdi qoca geldi. Ne deyişdi ki? Artur 85 Novruz 71

azersu 2018-04-21 12:26:34

Tercumeciden muellimden bas nazir ? Bas nazir iqtisadci olmalidir eger biz olkemizim iqtisadi inkisafini isteyirikse! Duzdur gozel insandir ona ugurlar, amma ki Bas nzir iqisadci olmali idi!

Azer 2018-04-21 12:26:34

Çox düzgün tənasübdür-50/50.50%-naxçıvanlı,50%-Qərbi azərbaycanlı...Vallah adam utanır .....Görmüşdük ki,çörəyi-çörəkçiyə verərlər birini də artıq...Ay gici dünya.

t.ədalət 2018-04-21 12:26:34

Bu da elə Artur kimi adamdır.Ancaq o, ölkədə iqtisadi inkişafa təkan verə bilməyəcək.Azərbaycan sənayesiz qalacaq.İşsizlik ehtiyacı daha da ağırlaşdıracaq.

EbuZerr 2018-04-21 12:26:34

konkret ölçü var bizim ölkədə, yaşı 70-dən az olan baş nazir ola bilmez!

Son yazılar