Yeni baş nazirimiz kinoya da çəkilib - VİDEO

Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədovfərqli və unikallığı ilə tanınır. O, Vaqif Mustafayevin "Fransız” filmində də aktyor kimi yer alıb. Kult.az xəbər verir ki, 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

635x100

Şərhlər

t.ədalət 2018-04-21 14:32:49

"Fransız" filmi,mən bilən jurnalist Əmir Pəhlivanın senarisi əsasında çəkilib..

keçici qırmızı bayraqlar 2018-04-21 14:32:49

Baş nazir bu vaxta kimi elə-belə bir artist idi. İndi mütləq "xalq artısti" olacaq.

yusif 2018-04-21 14:32:49

nə ekonomi, nə idarəçilik və hüqula heç bir əlaqə və təcrübəsi olmayan baş nazir..görünür bu qurum elə indiəyədək olduğu kimi büdcə yeyən formal bir qurum olaraq da qalacaqdır..nə isə..

Veteran 2018-04-21 14:32:49

Bildiyime gore hemin illerde Novruz Memmedov AZ.tv-de iwleyirmiw. Gunlerin birinde merhum H.Eliyeve fransiz dili tercumecisi lazim olub, hec kimi tapa bilmeyibler. Kimse AZ tv ile eleqa yaradib ve Memmedovu gonderibler aparata ve az sonra prezidentin tercumeci kimi emri verilib.

Son yazılar