NOVRUZ MƏMMƏDOVUN BAŞ NAZİR TƏYİNATININ SİRRİ – Prezident danışıqlardan imtina edir!

Prezident İlham Əliyevin bu gün xarici siyasət məsələləri üzrə mütəxəssis Novruz Məmmədovu baş nazir vəzifəsinə təyin etməsi cəmiyyətdə sözün əsl mənasında şok effektini doğurdu. Baş nazir vəzifəsinə belə bir təyinatı proqnozlaşdırmaq qətiyyən mümkün deyildi.

Məsələ ondadır ki, ölkə çox ciddi iqtisadi islahatlar gözləntisi içindədir və əksər müşahidəçilər belə bir mərhələdə enerjili, peşəkar və işlək bir baş nazirin vacibliyini xüsusilə qabardırdılar. Eyni zamanda hakim komandada son illərdə özünü biruzə verən gəncləşdirmə tendensiyası baş nazir vəzifəsinə də gənc, intellektual, islahatçı bir şəxsin təyin olunacağı ehtimalını son dərəcə artırmışdı. Lakin bu gözlənti və ehtimallar özünü doğrultmadı. Prezident, baş nazir vəzifəsinə iqtisadiyyatdan tamamilə uzaq 71 yaşlı Novruz Məmmədovu təyin etdi. O Novruz Məmmədovu ki, ixtisasca fransız dili filoloqudur və 20 ildən çoxdur xarici siyasət məsələləri ilə məşğuldur.

İlkin təhlillər belə deməyə əsas verir ki, belə bir şəxsin baş nazir vəzifəsinə təyinatı təsadüfi ola bilməzdi. Fikrimizcə, N.Məmmədovun bu vəzifəyə təyinatı sırf Qarabağ münaqişəsi ilə bağlıdır.

Məlum olduğu kimi, Ermənistan parlament üsul-idarəsinə keçib və bundan sonra Serj Sarkisyan Qarabağ danışıqlarında Ermənistanın baş naziri qismində təmsil olunacaq. Belə görünür ki, Azərbaycan hökuməti bu danışıqlarda Prezident səviyyəsində təmsilçilikdən imtina edir. Bundan sonra Qarabağ danışıqlarında Azərbaycanı da baş nazir təmsil edəcək. Belə olduqda baş nazir vəzifəsinə diplomatiyanı, indiyədək aparılan danışıqların detallarını bilən hazırlıqlı bir şəxsin təyinatı zərurətə çevrilirdi.

Böyük ehtimalla, Prezident İlham Əliyev məhz bu səbəbdən Novruz Məmmədovun namizədliyi üzərində durub!

N.Məmmədovun baş nazir təyin olunmasını hər hansı digər bir arqumentlə əsaslandırmaq qeyri-mümkündür!

E.Məhərrəmli

AzPolitika.info

635x100

Şərhlər

Ramin Eliyev 2018-04-21 16:04:32

Azerbaycanda her sey ola biler. Novruz Memmedovu ona gore qoyublar ki, siyasi iddiasi yoxdur hakimiyyete qarsi. Sakit adamdir. O da Artur kimi hec neye qarismayacaq. Esas mesele budur, qarabag meselesi zad bos seydir. Qarabagi ele satmayiblar ki, cetin ki geri qayidar. Yei gelmisken Nikol Pasinyan qalib gelse yaxsi olar, rusiyanin eli uzuler ermenistandan.

Merhemetli 2018-04-21 16:04:32

Doqru yanasma deyil.eger bu mentiqi esas gotursek onda elmar mamedyarov da bas nazir ola bilerdi

Vetendaş 2018-04-21 16:04:32

Düşünürem ki, en layiqli ve efektli baş nazir hörmetli Ramil Usubov olardı, ölkeye bele baş nazir gerekdir !!!

Mühəndis 2018-04-21 16:04:32

Ay millət,N.Məmmədov nə qədər yaxşı kadr olsa da,o indiyə qədər icracı olub.Bundan başqa 71 ( yetmiş bir ) yaşı var.Onun böyük dərdləri( 20 %-dən çox torpaqlarının işğalda olması,50-60 faizə qədər işsizlik,sənaye və kənd təsərrüfatının tənəzzülü )olduğu bir vəziyyətdə səmərə verəcəyinə inanmaq çox çətindir.Eyni zamanda onun müavinlərinin kimliyi, yaşı, iş qabiliyyəti ,təcrübəsi az məna kəsb etmir.

vətəndaş 2018-04-21 16:04:32

Nağcivanlidir. İqtisadiyyati bilmir deməli mustəqil olmayacaq.Təhlukəsiz dir.

Azərbaycanlı 2018-04-21 16:04:32

sirri odur ki naxçıvalı,ermənistanlı,kürd, .... Hörmətli mənim saytım Azpolitika bunu beləcə də verin imkan varsa.

Bashirov Qarib 2018-04-21 16:04:32

Bu nə absurd arqumentdir.Böyuk- böyuk siasətçilər Sarkisyanla bacarmadı,N.Məmmədov bacaracaq.Sarkisyan işgalın,status-kvonun və hal-hazırkı durumun muəllifidir.Bu indidən məsələnin neqativ həll olunacagına təminatdır. Rusiya kimi hegemon ölkənin ən inadkar prezidenti ,ABŞ ,Fransa kimi dövlətlərin prezidentləri Turkiyənin Baş Naziri Ərdoganla bərabər səviyyədə göruşurdulər və bundan heç bir kompleksə qapılmırdılar.

Azad Qarabağlı 2018-04-21 16:04:32

E.Məhərrəmlinin qənaəti yekdir. Qarışqa kimi görünən xalqın üzərindən keçən özbaşına "SİYASƏT" iki aktla yer kürəsini dolanmalı olub. Bir qərinəlik Qarabağ həlli bu özəllikdədir. Görünür, indi də baş nazir N.Məmmədov Ermənistan baş nazirinə "pultla" təkcə züy tutacaq? Bu hal prioritetin rəsmən işğalçıya verilməsi ilə şərtlənib.

Azərbaycanlı 2018-04-21 16:04:32

N.Məmmədov layiqli kadrdır.Bu şübhsizdir.Ancaq Nazirər Kabinəsində Əli Əhmədova yer olmamalı idi.O öz savadsızlığını və bacarıqszlığını Prezident seçkiləri debatında bütün xalqa əyani göstərdi.Xalq aasında hörmətə sahib deyil. Bundan başqa Nazirlər Kabinetində heç olmasa müavinlərdən birinin sənayeçi olması vacib idi.Bu sahəni sahibsiz buraxmaq ölkə sənayesinin inkişafını ləngidəcək və olanlarının da iflasına gətirib çıxaracaq. Təyinatların yalnız bir bölgə adamlarından ibarət olması isə xoşa gələn deyil!

1-ci qrup hərbi əlil 2018-04-21 16:04:32

Hörmətli Novruz müəllim Sizi təbrik edir və dövlətimizə bu şərəfli xidmətimizdə uğurlar arzulayıram.Xahiş edirəm mənə kömək edəsiniz.Gran-hospitalın sahibləri bizi zorla mənzilimizdən çıxardıb yerində ev əvəzində özəl obyekt tikirlər. mənə 2 otağımın əvəzinə 1 otaq yendəmsiz mənzil təklif olunur.Çıxmayacağımız təqdirdə evi başımıza uçuracaqları və bizi küçəyə atacaqları ilə hədələyirlər.Gran hospitalın sahiblərin bu qeyri qanuni hərəkətlərinə son qoymağa bizə kömək edin.

Kənar adam 2018-04-21 16:04:32

Belə arqumentlə Baş nazir təyinatı və belə arqumentlə ona verilən şərh ancaq Azərbaycanda ola bilər

t.ədalət 2018-04-21 16:04:32

K9im zəmanət verir ki,S.Sarqsyan baş nazir kimi qalacaq və Qarabağ məsələsində N.Məmmədovla, o danışıq aparacaq?Sarqsyanın erası bitmək üzrədir.Hara ABŞ əl qoyursa,orda rusiyanın planları keçmir.Tezliklə ermənilər rus ayaqyolularının üfunət iyi verən bu kadrdan yaxalarını qurtaracaq.

matin 2018-04-21 16:04:32

əsas məsələ baş nazirin Naxçıvanlı (və ya ermənistanlı) olmasıdır. bu əsasdır. İkincisi isə bu adamın bir az az ambisiyalı ola biləcəyidir. O ki qaldı Qarabağa (DQ yox haa artıq) bu rejimin gündəliyində belə bir şey yoxdur. ÖZÜMÜZÜ ALDATMAYAQ!

Mirzə AĞ 2018-04-21 16:04:32

Sən deyəndirsə, o zaman gərəkdir ki, rəhmətlik Qabili xatırlayaq: "Muğan həsrət yağışa, buludlar xəsis, Yağış tökür Talışa, Hey-hey gərəksiz. Gərəksiz oluruq biz, Səhv düşəndə yerimiz..."

Son yazılar