Türkiyə Azərbaycana alça ixracına başladı -FOTO

Türkiyənin Mersin vilayətinin Silifke qəsəbəsindən Azərbaycana alça ixracına başlanılıb. Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu ayın əvvəlindən etibarən yığılmağa başlanılan meyvə növündən asılı olaraq kiloqramı 5-10 lirəyə Azərbaycanla yanaşı Rusiya və ərəb ölkələrinə göndərilir.

Ümumilikdə, 8 min 500 ton hasilatdan 2 min tonunun ixrac edilməsi, qalanının isə Türkiyə daxilində satılması nəzərdə tutulur.

Silifke Alça İstehalçıları Birliyinin rəhbəri Mustafa Göktaş mətbuata verdiyi açıqlamada bu mövsümün çox məhsuldar olacağını deyib. İxracata başladıqlarını qeyd edən Göktaş qəsəbədəki alçanın həm tez yetişən olması, həm də görünüşü və dadına görə yaxşı satıldığını bildirib.

İstehsalçı həmçinin deyib ki, ərazinin mikroiqlimi əlverişli olduğuna görə, burada yetişən bütün meyvələr xüsusi dadı ilə seçilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar