PREZİDENT YENİ HÖKUMƏTİN TƏRKİBİNİ TƏSDİQLƏDİ! - 2 nazir, 3 baş nazirin müavini dəyişdi, yeni təyinatlar + SİYAHI (Yeniləndi)

Dərc olunub: 21/04/2018 - 18:10

nazirler-2

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. “AzPolitika.info”nun məlumatına görə, sərəncamla baş nazirin müaviləri Abid Şərifov, Elçin Əfəndiyev  və İsmət Abbasov, Əmək və Əhalinin Müdafiəsi naziri Səlim Müslümov, Kənd Təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad olunub. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş naziri müavini gətirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi baş nazir Əli Həsənovun nəzarətindən çıxarılıb. Onun yerinə deputat Rövşən Şükür oğlu Rzayev təyin edilib.

Kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə isə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  postuna isə bir qədər əvvəl Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsiinə qoyulmuş Samir Rafiq oğlu Nuriyev təyinat alıb.

Sərəncamda bildirilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bir çox vəzifələrə hələlik təyinat olmayıb. Belə ki, aşağıdakı vəzifələr boş qalıb:

-Ekologiya və təbii sərvətlər naziri;
-Gənclər və idman naziri;
-Mədəniyyət naziri;
-Müdafiə sənayesi naziri;
-Səhiyyə naziri:
-Təhsil naziri;
-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;
-Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri;
-Dövlət Gömrük Komitəsinin sədri:
-Dövlət Statistika Komitəsinin sədri;
-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;
-Əmlak Məsələləri Dövlət Komitəsinin sədri;
-Dövlət Miqrasiya Xidmətinin rəisi;
-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi;
– Milli Arxiv İdarəsinin rəisi.

Bundan əlavə baş nazirin müavini İsmət Abbasovun yerinə təyinat olsa da, Abid Şərifovun və Elçin Əfəndiyevin yerləri hələlik boş saxlanılıb.

AzPolitika.info


loading...




Fikrinizi bildirin