ASAN XİDMƏTİN SƏDRİ KƏND TƏSƏRRÜFATI NAZİRİ OLDU - DOSYE

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) rəhbəri İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri təyini edilib. Bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub.

Prezidentin digər sərəncamına əsasən, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, buna qədər quruma rəhbərliyi Heydər Əsədov edib.

"AzPolitika.info" məlumat verir ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

"Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə tərkibi təsdiq edilən Azərbaycan Respublikası Turizm Şurasının üzvüdür.

"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən Komissiyanın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1984 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri təyin olunub.

Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, fars və rus dillərini bilir. Evlidir, iki övladı var.

635x100

Şərhlər

Fəxrəddin 2018-04-21 18:25:07

Ayə, bu da ...Hərbi xidmətdən yayınıb.ya da fiktiv hərbi bile alıb.Nə gözəl zamandır! Onda ki, evladi vətən xam idi,of,nə keyf çəkməli əyyam idi.Amma indi millət xam deyil.Sadəcə...

Ələsgər 2018-04-21 18:25:07

Hər kəs öz yerini bilməlidir.Xatırlayırsınız bir şeir vardı: "Səhv düşəndə yerimiz".Adam gərək özünə,ixtisasına,işinə iymət verməyi və hörmət etməyi bacarsın.Bacarmırsa,ondan nə dövlət,nə cəmiyyət xeyir görməz.Yalnız illüziya xatirinə vəzifəyə getmək şəxsiyyətə hörmətsizlik,gələcəyinə maneədir. Bu adamın təhsili,ixtisası və iş təcrübəsi nə qədər kənd təsərrüfatına uyğundur?

Nurəddin 2018-04-21 18:25:07

Kənd təsərrüfatını uşaq baxçasına döndərmək nə verəcək?Bu sahə çox şaxəli olmaql mütəxəssis biliyi tələb edən sahədir. "Asan" xidmət hara.Kənd təsərrüfatı hara, bu hara? Əcaib zamanda yaşayııq.Bu adam özü də demir ki, bu iş mənlik deyil.SAnki ölkədə eksperiment aparılır. Ehtimalən kiminsə oğlu və ya yeznəsidir.düşünmyərək qabağa itələyir.Bilmir ki, sahə bərbad olduqda bunun da karyerası bitəcək.Allah səbr versin,Azərbaycan xalqı! Amin!

Vekil 2018-04-21 18:25:07

Su melorasiya komutesi ve Ekologiya nazirliyi ona birlese cox yaxsi olar 3 i birinde asan xidmet.

NURəddin 2018-04-21 18:25:07

MƏNSƏ BU ADAMA UĞUR-MUĞUR ARZULAMIRAM.AĞLIM KƏSMİR Kİ, DAHA MƏNİ ALDATMAQ, TOVLATMAQ MÜMÜKÜN OLSUN.BELƏLƏRİNİ ÇOX GÖRMÜŞƏM.MƏN BU ADAM ARXI HOPPANANDAN SONRA, YƏNİ Kİ,KƏND TƏSƏRRÜFATINDA BÖYÜK VƏ KÖKLÜ DƏYİŞİKLİKLƏR EDƏNDƏN SONRA, SOYUDUCUMDA YERLİ MƏHSULLARI GÖRƏNDƏN, BAZARDA UCUZLUĞUN VƏ KEYFİYYƏTİN ŞAHİDİ OLANDAN,ŞƏXSİ HƏYATIMDA BÜTÜN BUNLARI UZUN MÜDDƏT MÜŞAHİDƏ EDƏNDƏN VƏ VİCDANIM RAHATLIQ TAPANDAN SONRA UĞUR ARZULAYACAĞAM.İNDİLİK BİR SÖZ DEYƏ BİLMƏRƏM.

Vətəndaş 2018-04-21 18:25:07

Azərbaycanlılara da Allah özü kömək edər İnşallah.

Mühəndis-mexanik 2018-04-21 18:25:07

Kənd təsərrüfatı daha "ASAN", zəruri və geniş nazirlikdir. Əksər rayon əhalisi 25 ildən çoxdur münaqişə, iqtisadi-maliyyə seçimi ucbatından heç həyətyanı sahəni belə becərmir? Əhalinin 20-30%-nə iş yeri mümkündür. Təki, hər rayon və xüsusilə kənd sahələrinin faydalı işlənməsinə tolerant, multikultural və sivil qaydada öz ölkəsi kimi pul buraxılsın.

Bashirov Qarib 2018-04-21 18:25:07

Afərin belə ogula.Asan xidmətə görə bu millət həmişə sizə minnətdar olacaq.Sənə halaldır qardaş.K.Təssərufatini da qaldirarsan, İnşallah. Allah sənin kimilərə yar olsun. Amin.

Son yazılar