BAŞ NAZİRİN 3 MÜAVİNİ İŞDƏN ÇIXARILDI! - Sərəncam

Azərbaycan Respublikası baş nazirinin müavinlərindən bəziləri dəyişib. APA-nın məlumatına görə, prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.

Buna qədər baş nazirin müavinləri postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov yenidən təyin edilməyiblər.

Bununla yanaşı, Yaqub Abdulla oğlu Eyyubov yenidən I müavin, Əli Cavad oğlu Əhmədov və Əli Şamil oğlu Həsənov müavin kimi yeni tərkibdə yer alıb.

635x100

Şərhlər

Şəkidən 2018-04-21 18:31:39

Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Teleradio İB-nin bütün kadrları Abid Şərifovun savadsız qohum-qardaşlarıdır.Şəkidə fəaliyyət göstərən Televiziya radio stansiyasında hərbi xidmətə getməyən,təhsili olmayan bir şəxsi ( Əflatun Şərifovun qaynının oğludur ) mühəndis vəzifəsinə işə qəbul edibdir. Bir qohumuda mantyor işləməsinə baxmayaraq xidmət maşını ilə təmin edibdir. Bundan başqa Ə.Şərifov öz qaynına bahalı xidməti maşını ilə təmin edib, həmin maşınla Şəkidə tüğyan edir.RN-i nəzarət etməl

emil 2018-04-21 18:31:39

Basa düsmädim Abid yäni bu hacibaladan bu gädär äskik oglandir?Ölkä deyile! Ne istäyürsüz ?Buda sizin ücün multfilm kimi islahat . 25-il dözmüsüz bir 7-ildä dözsäz dünya dagilmayacag ki.Bu iktidar hakimiyyete gäländämänim 27-yasim var idi.Indi 52-dir.Belä cixir ki 59-yasina gädär calisimaliyam ki ölmäyim sag galim))

Mirzə AĞ 2018-04-21 18:31:39

Hacıbalanın təyinatı lap naxışdır - bizimlə "məzə" qıldılar...

Şəkidən 2018-04-21 18:31:39

Bu gündən Şəkinin inkişafının təməli qoyuldu,Gözünüz aydın olsun.Şəkidə aparılan Su və Kanalizasiya qurğularının təmir işərini aparan qeyri-ciddi savadsız kadrlardan təmizləmə işləri aparılmalıdır ki, təmir işləri Tikinti-qaydalarına uyğun aparılsın. Şükür olsun bu günüdə gördük....

Fazil 2018-04-21 18:31:39

Şəhərdə bir balaca sıxlıq olan kimi rayon maşınlarını şəhərə buraxmamağı Abid Şərifov miras qoyub getdi. Hər dəfə bunu eşıdəndə özümü son dərəcə təhqir olunmuş hesab edirəm. Şəhər əhalisi də buna heç bir reaksiya vermirdi.(Tural istisna(avtostop)) Yeni gələnlərdən biri də yayda rayonlarda sıxlıq olanda "Bakı maşınlarını rayonlara buraxmayın" desə görən şəhərlilər buna neçə reaksiya verərdilər?

G.M 2018-04-21 18:31:39

Xalqımızı təbrik edirəm.Gözün aydı Azərbaycan.hacıbala , Yeni ``Qocalar Evi`` -nin Ofisinə yeni nəfəs gətirdi.

Bashirov Qarib 2018-04-21 18:31:39

Şukur Allaha,alabala da belə getdi.

Vətəndaş 2018-04-21 18:31:39

Gərək baş nazir vəzifəsinə baş prokuror Zakir Qaralov qoyulaydı. Çünki onun xalqı qarşısında xidmətləri hamısından çoxdur.

Son yazılar