YENİ NAZİR SAHİL BABAYEV KİMDİR? - DOSYE

Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri dəyişib. Bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub. 

Sahil Rafiq oğlu Babayev yeni nazir təyin olunub. Buna qədər quruma rəhbərliyi Səlim Müslümov edib. Səlim Müslümovu əvəzləyən Sahil Babayev əvvəlki kabinetdə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Prezidentin digər sərəncamına əsasən, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

"AzPolitika.info" xəbər verir ki, Sahil Babayev 1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 1 övladı var.

635x100

Şərhlər

İ. İmamov-Şəki 2018-04-21 18:41:58

Sahil müəllim Neft sektorunda işləyən dövrdə mən də işlə.Neft sektoru məsuliyyətli bir sahə olduğundan kadr o sahədə mükəmməl yetişir. Hüquq sahəsi universal bir sahədir,əsas fənlərdən dərslər keçirildiyindən universal bir kadr kimi yetişirsən. Sahil müəllim savadlı bir Hüquqşünas olduğundan,nazirlikdə şəffaflığın yaradılmasına nail olacaq,xalqımızın rifahı üçün pensiya təminatına yenidən baxacaq və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldacaqdır. Bu yolda Sahil Babayevə uğurlar diləyirəm.

Araz 2018-04-21 18:41:58

Şərhlərə baxıram və qulp qoymaqdan başqa heç nə görmürəm.Adam hələ işə başlamayıb bunlar isə qiymətlərini artıq veriblər.Dünyada pensiya işləri üzrə ixtisas verən bir təhsil müəsisəsi olmasını bilən varmı.Yeni nazir hüquq sahəsində elmi dərəcə alıb və pensiya işinin də hüququn pridmeti olduğundan tam öz yerindədir və bu ağır işdə ona uğurlar arzulayıram.

Dadaş 2018-04-21 18:41:58

Adamın yadına "O olmasın, bu olsun" kinofilmi düşür.Balam, bunu təyin edəndə bilmədiniz ki, bu sahə onun peşəsi deyil! Batıracaq.,

Hərbçiyə 2018-04-21 18:41:58

Ə,o nə bilir və haradan biləcək ki, sənə necə pensiya hesablanmalır? Adamın ixtisası deyil, iş təcrübsi də bu sahədə yoxdur.Qoy bir-iki il otursun, bir az da işləri korlasın ,bəlkə nəsə öyrə bildi.Ondan sonra müraciət edərsən. Ameruika birdən yaranmayıb ki?

nataya 2018-04-21 18:41:58

Siz hələ bilmirsiniz ki, banan ölkəsində yaşayırsınız!Hansı naziriniz,Komitə sədri ( hələ müavinlərini demiyək) ixtisası üzrə yer tutur? Bu ölkədə vəzifə tutmaq üçün əsas şərt Ermənistanlı olmalı və ya onlara qohum olmalısan ( 1915-1991) və ilkin gələnlərə qohumluğun olsun. İnanmayan Nilli Məclisə,Nazirlər,İcra başçıları,Polis rəisləri,prokurorlar və s. vəzifəlilər siyahisinə baxsın.Sanki Azərbaycanda 76 çəhər və rayon olmayıb. Bunu necə əsaslandırmaq olar? qohumbazlıq,yerlibazlıq və yekunda qanunsuzluq!

Azada əlavə 2018-04-21 18:41:58

Tərcümeyi hal çox maraqlıdır.Necə olur ki, 1980-cı ildə anadan olan şəxs 2002-ci ilə qəər təhsil alır və 1999-cu ildə neft şirkətində xarici sərmayələr üzrə "baş mütəxəssis" olur.İxtisası başqa,vəzifə başqa. Bəs o qədər vaxt və zəhmət tələb edən təhsili nə zaman alıb? Bu müəmmalı deyilmi? Yenə belə dayılı kadrlarla biz irıi inkişafa doğru gedə biləcəyik,yoxsa kimlərsə evladlarına perspektiv açır.Axı bu adam başa dümü ki,bu onun işi deyil? Bəs onu irəli itələyənlər nə düşünür? Yenə tənəzzül?

miri 2018-04-21 18:41:58

Bu yolla ki bizi aparırlar, bu yolda sosial müdafiəyə siyasətinin aparilmasina(?) kimin cavabdeh olacağı əhəmiyyət kəsb etmir. Maraglisi isə neçə aylıq şoudan sonra səlimin dünyadan köçənlərin ə rəhmət deditdirməkdir. Bunu kim dəqiq deyə bilsə ona indidən Afərin!

seymur 2018-04-21 18:41:58

asas sahiyyedi

nata 2018-04-21 18:41:58

Xaiw olunur ki,dosye yazanda tarixlere diqqet edesiniz.Orta mektebi qurtarib diplomsuz Neft wirketinde baw mutexesis iwlemek absurddur.))))

Mirzə AĞ 2018-04-21 18:41:58

Antisosial Səlim, sən lənətə layiqsən!!! Millət düşmənisən!!!

hespe 2018-04-21 18:41:58

Kim olacag?Rafig Babayevi tanimirsiz?

Azad 2018-04-21 18:41:58

Nə olar ay Allah, azərbaycanlılara da sən özün kömək et. Amin!

Hərbiçi 2018-04-21 18:41:58

Hörmətli Sahil müəllim Sizi təbrik edir və yeni işinizdə uğurlar arzulayıram.Hüqüq elmlər dokturu olduğunuzu oxuduqda dərdimizə çarə tapılacağına ümüdlərimiz artdı.Hərbiçilərin güzəştli xidmət illərinə görə əlavə 3 faiz 2 faizlə əvəzlənib. Mənim 01.07.2017-ci il tarixə 25 il stajımın 5 ili güzəştdir və o 3 faizlə hesablanmalı olduğu halda 2 faizlə hesablanır.Qanunun geriyə və ağırlaşdırıcı quvvəsi olmadığı halda nə səbəbdən bizə qeyri qanuni tətbiq olunur.Sahil müəllim Xahiş edirik bizə kömək edəsiniz.

Bashirov Qarib 2018-04-21 18:41:58

S.Muslumova da guc çatarmış.Milyondan çox pensiyaçı və əlillərin ahı tutdu səlimi.İnsan canavar idi elə bil. Prezident onun butun əməllərini bilirmiş ki,xalqi qəsdən narazı salır.Onun lift çəkdirdiyi villasını da əlindən alalar, kaş.Yetimlərin ,əlillərin pulunu yeyən haramxor.Afərin, cənab prezident.

Son yazılar