Ermənistanın baş naziri nümayişçiləri danışıqlara dəvət edib

İrəvanda keçirilən kütləvi etirazlar fonunda təyin edilmiş Ermənistanın yeni baş naziri Serj Sarkisyan müxalifəti danışıqlara çağırıb. Bu barədə baş nazirin vebsəhifəsində yazılıb.Sarksiyan hakimiyyətin vətəndaşların qeyri-zorakı mitinq və yürüş keçirmək hüququna hörmətlə yanaşdığını, lakin bu nümayişlərin ictimai nizamı təhlükə altına qoyduğunu bildirib.

Baş nazir etirazların təşkilatçısı Nikol Paşinyana siyasi dialoqa getməyə və danışıqlar masası arxasında oturmasına çağırış edib. “Bunu vaxt uzatmadan etmək lazımdır” deyə Sarkisyan əlavə edib.

Buna cavab olaraq Nikol Paşinyan dialoqun vaxtının keçdiyini bəyan edib və Sarkisyana hakimiyyəti xalqa ötürülməsi vədinin icrasına başlamasını təklif edib.

Müxalifət tərəfdarları Sarkisyanı ikinci prezident müddətindən sonra baş nazir olmayacağı ilə bağlı vədinə sadiq olmamaqda ittiham edir və onun istefasına nail olmağa çalışır.

Yerevandakı etirazlar doqquz gündür ki, davam edir. Nümayişçilər nəqliyyatın hərəkətini dayandırır. Küçədəki insanlar Sarkisyana xitabən “Çeburaşka” və “Son” şüarları səsləndirərək, baş naziri istefaya çağırırlar.

Azadlıq Radiosu etirazları canlı nümayiş etdirir ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar