Samuxda maşın təkərin partlaması nəticəsində aşıb, sürücü xəsarət alıb

Samux rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü rayon sakini Məmmədov Elman Həsənəli oğlunun idarə etdiyi avtomobilin təkəri hərəkətdə olan zaman partlayıb.

Bu zaman sürücü idarəetməni itirərək avtomaşını aşırıb. Nəticədə E.Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar