Göygöldə işləyən Bakı sakini yıxılaraq ağır xəsarət alıb

Bakı şəhər sakini Göygöldə yıxılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Fazil İbrahimov usta kimi çalışdığı Göygöl rayonunda dəmir kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb. Müxtəlif bədən xəsarətləri alan F. İbrahimov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar