“Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir...” - Ərdoğan

Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir... Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar