Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

binali_yildirim_030616Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

APA-nın "sonhaberler.com" saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B. Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın "İki dövlət, bir millət" anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar