SARKİSYANLA PAŞİNYAN ARASINDA GƏRGİN GÖRÜŞ - “Bu dialoq deyil, ultimatumdur” +VİDEO

Ermənistanın baş naziri Serj Sarkisyanın müxalifət lideri Paşinyanla planlaşdırılan görüşü baş tutub.Strateq.az bildirir ki, “Mariott” otelində keçirilən görüş ciddi gərginliklə müşayiət olunub.

“Mən şadam ki, siz danışıqlarla bağlı mənim çoxsaylı çağırışlarıma reaksiya vermisiniz. Amma anlamıram ki, biz çoxsaylı jurnalistlərin qarşısında nə barədə danışa bilərik” – deyə Sarkisyan görüşün əvvəlində bildirib.

Paşinyan deyib ki, görünür nəsə “anlaşılmazlıq” baş verib: “Mən prezident Sərkisyanla danışanda aydın şəkildə dedim ki, söhbət sizinlə (baş nazirlə-red) dialoqdan deyil, irəli sürdüyümüz tələbdən gedir. Mən bura sizin istefanızın şərtlərini və hakimiyyətin ötürülməsini müzakirə etməyə gəlmişəm. Odur ki, sizi “dialoq” sözünü işlətməməyə çağırıram”.

Sarkisyan öz növbəsində bildirib ki, bu dialoq və danışıqlar deyil, sadəcə ultimatum, dövlətin və qanuni hakimiyyətinin şantajıdır: “Siz məsuliyyətin dərəcəsini anlamırsınız. Siz 1 mart 2008-ci ilin hadisələrindən dərs götürməmisiniz. Əgər siz bu tonda danışmağa davam etsəniz, sizə yalnız məsləhət vermək qalır: Qanuna və məntiqi hərəkətlərin sərhədinə qayıdın. Əks təqdirdə bütün məsuliyyət sizin üzərinizə düşür. Seçin!”

Paşinyan isə deyib: “Bizimlə heç kim hədə-qorxu dilində danışa bilməz. Siz ölkədəki situasiyanı təsəvvür edə bilmirsiniz. Bu, 10-15 gün əvvəlki vəziyyət deyil. Şərait dəyişib. Sizin əlinizdə artıq əvvəlki hakimiyyət yoxdur. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”.

Sarkisyan isə bildirib ki, 7-8 faiz səs toplamış fraksiya xalqın adından danışa bilməz: “Mənim daha danışıqları davam etdirmək həvəsim yoxdur. Əgər dövlətin qanuni tələbini qəbul etmirsinizsə, mən gedirəm, sağ olun”.

635x100

Şərhlər

СТАЛИН БЫЛ АРМЕНИНОМ-ХАИЕС ЦЫГАНОМ 2018-04-22 11:41:08

СТАЛИН БЫЛ АРМЕНИНОМ-ХАИЕС ЦЫГАНОМ - КОТОРОЕ РЕПРЕСИРОВАЛ РУССКИХ-СЛАВЯН И ДРУГИХ НАРОДОВ И ОТКРЫЛ ПУТЬ К ВЕРХУШКЕ ВЛАСТИ ПСЕВДОАРМЯН-ХАИЕС ЦЫГАН КАК МИКОЯН, ЛАВРОВ И ДРУГИЕ И РАСПАЛ СССР...

Армяни 2018-04-22 11:41:08

- это в реалий ХАИЕС цыгани переселевщийся из ИНДИЙ И ихная цыганская натура отражаеться во всех сферах жизнидеятельности, просто ЭТИ АРМЯНЕ-ХАИЕС ЦЫГАНИ ПОРОДНЯЯСЬ АБРОГЕНИМАИ УСВОИЛИ КУЛЬТУРУ МЕСТНОГО НАСЕЛЕНИЕ ГДЕ ОНИ РАСПОЛОГАЛИСЬ И СЧИТАЮТ ОНИ СВОИМИ И ЗЕМЛЮ И КУЛЬТУРУ И МУЗЫКУ И ИСТОРИЮ, А В РЕЛИЙ АРМЯНЕ -ЭТО ХАИЕС ЦЫГАНЕ БЕЗ ИСТОРИЙ, БЕЗ РЕЛИГИЙ, БЕЗ КУЛЬТУРЫ и т.д. и т.п.

Dəmir Laçınlı 2018-04-22 11:41:08

Ultimatumu Azərbaycan diplomatiyası deyil, Ermənistanın haqq-ədalət mücahidi ALİ VƏTƏNDAŞ PAŞİNyan diktə edir! Siyasətdə kimlər, necə güclüymüş?

G.M 2018-04-22 11:41:08

İlanın ağına da ,qarasına da lənət``..Maraqlı olan odur ki,bu məqamda da erməni lobbisi Dünyaya bəyan (sübut) edir ki,Ermənistanda Demokratiya var.Müxalifət İqtidarla dialoqa girə bilir.Ancaq Zimbabvedə bu mümkün deyil.

Son yazılar