YENİ NAZİRİN QEYRİ-ADİ BİOQRAFİYASI - 19 yaşında baş mütəxəssis, 26 yaşında şöbə müdiri...

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur. Ancaq onun bu vəzifəyə qədərki karyerasına nəzər yetirəndə, bəzi suallar meydana çıxır...

Mətbuatda dərc edilən bioqrafiyasına görə, 1980-ci ildə anadan olan S.Babayev, 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb və hüquq üzrə fəlsəfə doktorudur. Göründüyü kimi, yeni nazir artıq 20 yaşında ali məktəbi bitirib. Bu o deməkdir ki, orta məktəbi də digər həmyaşıdları ilə müqayisədə 1-2 il tez qurtarıb. Təbii ki, yüksək göstəriciləri olan bəzi fitri istedadlı şagirdlərə aid belə hallar mümkündür və mövcuddur. Əlimizdə olan bioqrafiyadan belə qənaətə gəlmək olur ki, bu prinsip S.Babayevə də şamil olunub, yaxud da o, məktəbə 6 yaşından tez gedib...

Ancaq nazirin tərcümeyi-halındakı qeyri-adilik bununla da bitmir. Bioqrafiyada deyilir ki, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. Bu o deməkdir ki, artıq 19 yaşından, yəni universitetdə təhsilini (böyük ehtimalla əyani təhsil alıb-red.) davam etdirməklə yanaşı, ARDNŞ-də də kifayət qədər yüksək postlar tutub. 19 yaşında gəncin baş mütəxəssis və 26 yaşına qədər isə artıq şöbə rəisi olması kifayət qədər yüksək və qeyri-adi göstəricidir, yəni onun yaşıdları və qrup yoldaşları universitetə dərsə gedib-gələndə, S.Babayev artıq ARDNŞ kimi strateji qurumda şöbə müdiri imiş...

Əlbəttə ki, yeni nazirin bütün bunlara şəxsi bilik və bacarıqları sayəsində nail olduğunun əksini göstərən hər hansı məlumat, yaxud iddiaya malik deyilik. Lakin işin daha maraqlı tərəfi, hələ olduqca gənc yaşında neft sektorunda uğurlu karyera quran S.Babayevin birdən-birə bundan imtina edərək, deputat köməkçisi kimi o qədər də böyük və ciddi sayılmayacaq vəzifəyə keçməsidir. Belə ki, o 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. Ancaq onun məhz hansı müavinin köməkçisi olduğuna dair məlumat verilmir. Bilindiyi kimi, parlamentin 3 sədr müavini var ki, bunlar da Ziyafət Əsgərov, Bahar Muradova və Valeh Ələsgərovdur. Valeh Ələsgərovun da Milli Məclisə neft sektorundan gələn deputat olduğunu nəzərə alsaq, böyük ehtimalla S.Babayev məhz onun köməkçisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və 2014-cü ildən isə nazir müavini postunu tutan S.Babayevin bioqrafiyasından göründüyü kimi, yeni nazir əvvəlki postlarında əsasən beynəlxalq əlaqələr və xarici investisiyalar sahəsinə aid mütəxəssis kimi çalışıb. Buna baxmayaraq, yəqin ki, bilik və bacarıqlarına şübhə etmədiyimiz S.Babayev tamamilə fərqli istiqamət olan əmək və sosial müdafiə sektorunda da uğurlu fəaliyyət göstərə biləcək. Ən azından cəmiyyət üçün yeni ad olan S.Babayev haqqında da Hadı Rəcəblinin Novruz Məmmədov barəsində dediyi kimi, “heç bir qruplaşmada olmayıb” ifadəsini işlətmək olar. Onun bioqrafiyasına gəldikdə isə, yəqin ki, yaxın gələcəkdə olduqca əhəmiyyətli və ağır post daşıyacaq yeni nazir barədə daha dolğun və ətraflı məlumat veriləcək.

Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Müəllim 2018-04-22 15:11:59

Axı bu gənc təyin olunduğu işdən bixəbərdir.Bundan hansı nəticə hasil ola bilər ki? Naşı adamın həyatını korlamaq kimə xeyir verəcək? Adam özü anlamadığı yerə təyin olunduqda.özü də bir az düşünməlidir ki.bu onun xörəyi deyil.mamanın gül balası beləcə xırdalanacaq.Sonra?

Sahib 2018-04-22 15:11:59

Yaxşı heç nə olmayacaq. Bu uşaqlar o qoca qurdların yanında illərlə işləyiblər. Onlar da rüşvət alıb və iliklərinə pis əməllər işləyib. Köklü dəyişik üçün sistem dəyişməlidir. Bununçün də.................

Amon-a 2018-04-22 15:11:59

Kadr yaşına göə yox,keçdiyi yola,ixtisasa,uyğun iş təcrübəsinə görə seçilib yerləşdirilməlidir.Jər vəzifənin uyğun tələbləri olmalı və bu ələblərə cavab verən kadr təyin olunmalıdır. Yoxsa bu filankəsin oğlu və ya qızıdır.Bilirsiniz bu hətta İngiltərədə,Amerikada iki aylıq kurs keçib,xaricdə təhsil alıb.Əslində idə ki ay turist kimi gəznəkdə olub.bir həftəlik kursa gedib sertifikat alıb.Deməli rəsmilər ölkə yəhsilini bərbad etdiklərini anlayırlar. Belə kadr seçilmir!Nəticəsi öncədən bəlli!

Rəşad bəyə 2018-04-22 15:11:59

Nazirlik postu eksperiment yeri deyil! O postda ixtisası uyğun,uyğun iş təcrübəsi və biliyə malik perspektivli insanlar təyin olunmalıdır.Dünya ölkələrinin təcrübsinə diqqət edin. Hansı ölkədə dövlət vəzifələri bir bölgə adamlarından,qohum-qudalardan.evladlardan təşkil olunub? Varmə beləsi? Azərbaycan 30 ildir eksperiment keçirdi və nəticəsi-işsizlik, kasıblıq, oğurluq,mənimsəməMisal kifayət qədər.

Ənvər-ə 2018-04-22 15:11:59

Bu iqtidarın cücələrini payızda sayanda Z.Məmmədov,MTN generaları,F.Məmmədov və sairəsi çıxır axı!

Rawad 2018-04-22 15:11:59

Hormetli oxucular yeni cavan nazirlerimize destek olaq islerinde uqurlar arzulayaq. Islerinin ohdesinden gele bilecekler ya yox bunu zaman gosterer. Xahis edirem deyisikliklete musbet yanasib pozitiv olaq) her biri musbet xarakterize olunan genclerdi. Bir nece numune Kanadanin bas nazirinin 28 fransanin prezidentinin 35 yasi var.numuneler coxdu bizdede alinacaq. Her birine uqurlar

Kamal 2018-04-22 15:11:59

BU GƏNCLƏRİN VƏZİFƏYƏ GƏLMƏSİ O DEMƏK DEYİL Kİ HƏR ŞEY YAXŞI OLACAQ. 1-CİSİ BUNLAR O QOCALARDAN TƏRBİYƏ ALIBLAR.2-CİSİ DƏ YAP-İNDİ BUNLARI TAM TƏLİMATLANDIRIB VƏ TƏLİMATLANDIRACASQ. ONA GÖRƏ DƏ YAXŞI SİYASİ İQTİSADİ YENİLİK OLMASINA İNANMAQ ÇƏTİNDİR. BƏLKƏ KƏ BUNLAR DAHA ÇOX YEMƏK TALAMAQLA MƏŞĞUL OLACAQLAR. ..... BU CAVANLAR DAHA SÖZƏBAXAN OLACAQLAR.

FEYYAZ AZADOV 2018-04-22 15:11:59

Cenab Prezidentin Sahil Babayevin Azerbaycan Respublikasinin Emek ve Ehalinin Sosial MudafiesI Naziri teyin etmesi barede serencaml teqdire layiqdir. Cenab Babayeve Gelecek ishlerinide ugurlar arzulayiriq

Hərbçi 2018-04-22 15:11:59

Bu nazir müəllim hərbi xidmətdə olubmu? Olmayıbsa necə olur ki, nazir təyin olunur.Hərbi xidmətdən gizlənən adamdan nazir olar?

Həbib 2018-04-22 15:11:59

Vətənə vətəndaşlıq borcunu verməyən.hərbi xidmətdən müxtəlif yollarla yayınan bir şəxsin tələskənliklə nazir təyin edilməsinə nə ehtiyac vardı?Bu vəzifəyə həyat təcrübəsi olan.müvafiq ixtisaslı,uyğun iş stajına malik ölkədə adam tapılmırdı.yoxsa yenə qohumbazlıq,yerlibazlıq və....

afşar 2018-04-22 15:11:59

19 yaşında baş mütəxəssis,26 yaşında şöbə müdürü..bərəkallah ..bəs hərbi xidmət...vətənə borc

kohne 2018-04-22 15:11:59

Pasportstol her zaman yeyinti yeri olub ve korrupsionerler ozlerini elit tebeqe sayaraq her zaman six elaqeler qurublar.Bir-biriylerile qohumda olublar.Kimin yoldashi Kim olar!?

ABDULQADIR 2018-04-22 15:11:59

ISLAHAT-ISLAHAT DEYIRDIZ.E,BE ISLAHAT NETER OLUR.ENVER BEY PAYIZDA SAYMAGA CIV-CIV TAPMASAN NETER OLAJAX,HIY.

Amon 2018-04-22 15:11:59

Yasli kadr qoyurlar deyirsiz qocadi cavan kadr qoyurlar deyirsiz kimin adamidi.biz hele once ozumuzun ne istediyimizi aydinlasdirmaliyiq

ƏNVƏR 2018-04-22 15:11:59

Niyə özünüzü yorursuz savadlı insanların hesabına işi gedəcək.ətrafında savadlı insan olan nazirin işi niyə getməsin ki. Bu adam harda gəldi işləyib də .nə olsun e siz də ki hamıya bir söz tapırsız.səbriniz olsun da dünyanın axırı deyil ki.Cücəni payızda sayarlar. deyib atalar

Anar 2018-04-22 15:11:59

Çox bərbad gündəydik daha da betər olacaq.Bərli bəzəkli avtobioqrafiya yazmaqla nəyə nail olmaq istəyirlər?Allah yardımçımız olsun .Bu ölkədə məmur olmaq olar amma vətənə xidmət(hərbi xidmət) isə arxa planda qalıb nədənsə.

Cəməd 2018-04-22 15:11:59

qeyriadi ölkədə qeyri adi nə desən baş verə bilər. Ancaq bunun da sonu olacaq.

valeh 2018-04-22 15:11:59

Sahil müellimi heç kim aldada bilmez, çünki o iqtisadçı sahibkarlardan ibaret müsteqil expert qrupu teşkil ede ve her bir qerarını expertizadan keçirde biler. şexsen men ona bu işlerde her cür destek vermeye hazıram,.

Uğurlu gəlcəyə cavab yazana 2018-04-22 15:11:59

..."Yaltaqlıq da bir sənətdir.Amma əsl kişiyə aid deyil".....Yazını qavaramağından aydın görünür ki, sən əsl "kişi"-sən, kişi tanımaq bacarığın var...)))))

Valeh 2018-04-22 15:11:59

Teklifler. E Haqqı fondu 4000 azn den yuxarı ve işçi sayı 10 neferden artıq olan sahıbkarlardan dsmf ödemeleri saheler üzre menfeet normalarına ve aylıq gelir şkalasına uyğun diferasiallaşdırıla biler. mes aylq geliri 10000azn -15000azn olduqda 22faiz deyil, 10%, 15000-20000 azn olduqda aylıq gelır 15% , 20000-30000 olduqda 20%, 30000-40000 azn olduqda 25%, 40000-60000 azn olduqda 28% dsmf ve sair , bu rentabelliyi yüksek sahelerdeki işegötürenlerin elde etdikleri daha yüksek gelirlere uyğun olacakdır.

hərbi pensiyaçı. 2018-04-22 15:11:59

Səlim yoldaş hərbiçilərin ahı səni tutdu.Güzəştli xidmət ilimizə görə əlavə faizimizi 3 dən 2 endirdin.Allah bəlavı versin.Yığdıqlarıvı rahat yemiyəsən.Təzə nazir yəqin bunları oxuyur və bir əlac mütləq qılacaq.

Hərbiçi 2018-04-22 15:11:59

Cənab Nazir Sizə uğurlar arzulayıram.Sevinirəm ki vətənimdə belə gənc savadlı kadırlar var.Xahiş edirəm hərbiçilərin pensiyasına olan düzəlişə aydınlıq gətirilsin.Güzəştli illərimiz 3 deyil 2 faizlə hesablanır.Nazirliyin 11.12.17-ci il 17 saylı təlimatında qeyd olunub ki, 01.07.17 tarixə pensyası olan və pensiya üçün müraciyyət etməyənlərin pensiyası köhnə qayda, yəni əlavə xidmət ili 3 faizlə hesablanacaq.Lakin SMN-i bunu hərbiçilərə şamil etmir.Səbəbini də izah etmirlər.Bizə kömək edəcəyinizə umid edirik.

uğurlu gələcəy-ə 2018-04-22 15:11:59

Yaltaqlıq da bir sənətdir.Amma əsl kişiyə aid deyil.Bu adamın bioqrafiyası o qədər təzadlıdır ki,nazirlikdə nəinki irəlilyiş,bataqlığın dərinləşəcəyi reald görünür.Adam universitet bitirməmiş baş mütəxəssis olur,26 yaşında o boyda şirkətdə şöbə müdiri olur.22 yaşında bakalavr və magistr olur.Bu ki, lap vunderkinddir. Amma təyin olunduğu nazirlik üzrə nə ixtisası,nə də təcrübəsi var.Elə bilirsən bunlar az şey deyir? İnsanlar görməyi,düşünməyi və qiymətləndirməyi yaxşı bacarırlar.k

Mehdi 2018-04-22 15:11:59

Ozunuzu cox cetine salmayin.Genc kadrdi munasib bilinib vezifeye teyin edilib.Her halda Muslum Selimovdan cox cox yaxsi olar.O ... biriydi.Basi ne boyda idi.Adamyeyene oxsayirdi.

Zaza dayı 2018-04-22 15:11:59

O qeder Azerbaycanda savadlı oğlanlar var,amma iş tapa bilmir. Nece olur ki, görünmeyen el bu genci ıldırım süreti ile nazir vezifesine getirib. Görünür sirler hele çözülmeyib. Azerbaycandakı kard siyeseti her kese bellidir.

Bayram 2018-04-22 15:11:59

Bəs orduda xidmət.

Mirzə AĞ 2018-04-22 15:11:59

"Pensiya haqqında" Qanunu dəyişdirəydininz, naziri yox!!!

Mirzə AĞ 2018-04-22 15:11:59

Molla Nəsrəddin lətifəsi: "Bu, ətdirsə - pişik hanı, pişikdirsə - ət hanı?!"

Azad Qarabağlı 2018-04-22 15:11:59

Biz, YAPa liderlər göndərmiş RLDP sədri Jirinovskinin digər canlıya bənzətdiyi-bir sıra Azərbaycan vətəndaşları "Qurdlara" "lal quzu", "Yenilərə" "qarğulaş" oluruq. Şöbə müdiri 26 yaşına 5 il təcrübə yığmış olur. Bir də ki, nə istəyirik S.Babayev 38 yaşında da yenə hansısa məmurun və deputatın portfelini daşımalı və göstərişlərini icra etməlidir? Kəmsavad mətbuat H.Abutalıbovu həmişə "şestyorka" qələmə verib. Mətbuat özü anlamadı ki, Bakı şəhər İN sədrinə qədər hər bir işin birbaşa cavabdehləri var?

Valideyin 2018-04-22 15:11:59

Bu gəncin həyatının qalan hisssini niyə cəhənnəmə çevirirsiniz? O özü anlamır,bəs onun valideynləri?Axı bu onun bilik,bacarıq,təcrübə sahəsi deyil.Onu aldadacaqlar.o yazıq deyil?

valeh 2018-04-22 15:11:59

Sahil müellime yeni görevinde uğurlar arzu edirik. teklif. işe götürenler üçün emek haqqı fondu 4000 azn e qeder olan ve 10 nefere qeder işçisi olan sahibkarlardan ,aylıq maaşı 650 azn -e qeder her bir işçiye göre DSMf ödenişi 22faizden 7 faize endirilmesi resmi işçi sayının artımına ,şeffaflığa, kütlevi meşğulluğa,qeyri leqal işsizliyin leğvine tekan vere biler. islahatı bu nöqteden tecili başlanmasını teklif edirem.

Hörmətli oxucular! 2018-04-22 15:11:59

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli oxucular 17.04.2018 tarixində yazdığımı təkrar etmək istəyirəm. Hörmətli Şiriyev, Sizin şikayətiniz öz həllini tapmayacaq nəqədər ki, Əmək və Əhalinin Sosial müdafiəsi Naziri Hörmətli S.Müslümov cənablarıdır. Bu nazirlikdən heç kimə şikayət etmə.Hörmətl nazir S.Müslümov heç kimlə hesablaşmır.Mən bu nazirlikdən Azərbacan Respublikası Prezidentinin Administrasiyasına da yazdım xeyri olmadı.Onun qanunsuz hərəkətlərinə heç kim qarışmaq istəmir.Vaallah 100% düz yazırsınız ki,belə məmurlar xalqı Dövlətimizə və onun rəhbərliyinə qarşı qaldırmaq istəyənlərdır.

t.ədalət 2018-04-22 15:11:59

Əvvəlkilərlə müqayisədə təzə nazirlər hansısa təcrübələri ilə fərqlənməyənlərdir.Bu da onu göstərir ki,onların gələcəkdəki yarıtmaz işləri ölkəni xaosa aparacaq.Biz müharibəyə cəlb olunmuş bir ölkəyik.Rusiya regionda problemi dərinləşdirməkdə davam edir.Bu,heç də yaxşı nəsə vəd etmir.Ölkəni əhalinin cibinin hesabına çox uzağa aparmaq olmayacaq.Gərək təcrübəli və vətənpərvər,müharibənin alovları içərisindən çıxmış kadrlara üstünlük veriləydi....

Səlahədin 2018-04-22 15:11:59

BUndan nazir olacağı şox müəmmaıdır.Onun bioqrafiyası bu vəzifəyə cavab vermir.Arada neqativ olduğu aşkardır.Allah Azərbaycanlı xalqa rəhm esin.

hərbi pensiyaçı 2018-04-22 15:11:59

Nazirin harada hərbi xidmət keçdiyini bilən varsa xahiş edirəm yazsın. Görək hansı hərbi qurumda xidmət edib.

Hərbçiyə cavab 2018-04-22 15:11:59

Niyə olmur? Bəyəm Nazirliklərdə,Komitələrdə,Prezident aparatında,Nazirlər Kabinetində,İcra başçıları aparatında və bu kimi yerlərdə hərbdə olaraq vətəndaşlıq borcunu yerinə yetirmək qohum-qudalıq,yerlilik və puldan irəlidirmi?Unutma ki, bura bostandır.kim istəsə aparır.Amma kimlər kimdir?

Hüquqşünas 2018-04-22 15:11:59

Sahil Babayevin bioqrafiyası çox müammalıdır.Belə ki, 20-yaşında BDU-ni bitirib,19-yaşında Dövlət Neft Şirkətində baş mütəxəsis işləyib..? Yəqinki əyani oxuyub və necə olur ki, oxuya-oxuya Baş mütəxəsis işləsin ? Yəqin ki, Jurnaistlərimiz Sahil Babayevin bioqrafiyasını araşdıraraq öz sözlərini deyəcəklər...?

Mübariz 2018-04-22 15:11:59

Görəsən möhtərəm Preziden bunun anket məlumatlarını oxuyaraq onun təyinatına okey verib? Əgər belədirsə,çox şübhəlidir.Yox əgər kiminsə sözünü yerə salmamaq məqsədilə imzalayıbsa.....Axı bu adamın bütün həyatı və fəaliyyəti suallarla doludur.Belə bir şəxsi şəhid.əlil,pensiyaçıların həyatı ilə məşğul olmağa nə haqqı çatır? Haməı səhv edə bilər və heç kim səhvdən qarantiyalı deyil.Ancaq bu və bu kimi işlərdə tələskənliyə yol vermək olmaz!

Taliw 2018-04-22 15:11:59

hormetli ve hewemetli sayt ele axrinci cumleni evvlede bir setrle yazardiz bawa duwerdikde daha bizi daqa dawa niye salirdiz.Birdeki bu igid yoldaw kendci Memmedhesen eminin elaci oqlu olmali deyildi ki.

Filosof 2018-04-22 15:11:59

Mewhur bir tamaadaki sohbet yadima duwdu, Rehmetlik Eliaga Agayev qayitdi ki,"men 6 ayligindan atamla cole iwlemeye gedirdim..."

Müfəttiş 2018-04-22 15:11:59

S.Müslümov bu xalqa əlindən gələn pisliyi etdi, görək bu necə olacaq....

Uğurlu gələcək 2018-04-22 15:11:59

Kimlərsə işləyəcək, kimlərsə təqdimat keçirəcək, bu ki, aydındır...))) artıq bir nüfuzlu nazirlik bu rejimdə fəaliyyət göstərir, özüdə olduqca səmərəli, səsli-küylü, cəmiyyət də bunu qəbul edir, niyə də təkrarlanmasın belə uğurlu təcrübə???...))) Yeni təyinatın tərcümeyi halındakı məqamlar onun iş bacarığına və sosial müdafiə sahəsində tezliklə əsaslı islahatlar olacağına heç bir şübhə yaratmır...)))))))) İstənilən halda, əsas olan irəli getməyimizdir, bu, olacaq, olmayacaq – zaman göstərər!!!

Son yazılar