HACIBALA ABUTALIBOVU BU QADIN ƏVƏZ EDİR - FOTO

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir.Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin edildikdən sonra meriyaya rəhbərliyi müavini həyata keçirir.

Modern.az yazıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur.

Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci il tarixində vəfat edib. Və bu günə kimi onun yerinə təyinat olmayıb. R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölmüşdü. Mərhum 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir.

635x100

Şərhlər

Məlahət 2018-04-22 23:53:02

Illər öncə Fidumə xanimi tanimişam. Əxlaqı savadı işləmək qabiliyyəti insanlarla munasibəti mudrikliyi ilə çox hörmət qazanib. Layiqli bir xanimdir.

naxçıvanlı 2018-04-22 23:53:02

Fidumə xanım bu vəzifəyə ən layiqli namizədir. Onun çox böyük təşkilatçılıq qabliyyəti var, savadlı və həddindən artıq mədəni bir xanımdır. Mən, çox istərdim ki, bu vəzifəyə Fidumə xanım təyin edilsin. Maraqlı bir mənzərə yaranardı. Vaxtıilə bu xanım haqqında ağızlarına gələni danışan Hacıbalanın katibələrinin, Fərəcbəylinin, Quliyevin düşəcəyi halı müşahidə etmək çox maraqlı olardı. Fidumə xanım, Hacıbala və onun ətrafı tərəfindən həmişə sıxışdırılıb, ona işləməyə imkan verməyiblər.

naxçıvanlı 2018-04-22 23:53:02

Hacıbala Suraxanıdan Nazirlər kabinetinə müavin gətiriləndə, zibillərinin üstünün açılmaması üçün öz yerinə müavini Natiq Mehdiyevi təyin etdirdi. Natiq bu rayonda müqəvva idi. Bütün işləri Hacıbalanın qardaşının kürəkəni Vüqar Seyidov aparırdı. İndi Bakı şəhər İcra Hakimiyyətində də Hacıbala həmin işləri görəcək. Əks halda yeni təyin olan Başçı qıssa müddətdə onun bütün zibillərini açacaq və Prezidentə ətraflı məlumat hazırlayacaq. Bu baş versə Hacıbala ömrünün son illərini həbsxanada keçirməli olacaq.

Mirzə AĞ 2018-04-22 23:53:02

Hacıbala Abutalıbovu heç kim əvəz edə bilməz!! Yəni deyirsiniz ki, bu qadın da "ağıldankəm"dir?!

Maarif 2018-04-22 23:53:02

Məsələlər yavaş-yavaş açılır.Abutalıbovun pul yəğanı Pənahov idi.Onun müəmmalı vəfatından sonra Abutalıbov necə işləyə bilərdi?Onu isə işdən azad etmək müəyyən səbəblərə görə olmaz.Ona görə onu NK-nə yerləşdirdilər.Bu qadın isə ...

t.ədalət 2018-04-22 23:53:02

Qusardakı istirahət guşəsi,deyəsən, hələ çoxlarını rəhmətə qovuşduracaq.Viaqra amansız qatildir.

Son yazılar