Erməni artistlər fəxri adlardan imtina edirlər

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtına edirlər.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, "Kadans" musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan "Ermənistanın əməkdar mədəniyyət xadimi" fəxri adından imtına edib.

"Hakimiyyətinin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq "Ermənistanın əməkdar mədəniyyət xadimi" adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm", - deyə Babayan özünün Facebook səhifəsində yazıb.

Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti" fəxri adından imtına edib. Bu barədə o özünün "Instagram" səhifəsində yazıb.

Həmçinin, ölkənin mügənnisi Erna Yüzbaşyan özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, "Ermənistanın əməkdar artisti" fəxri adından imtına edir: "Hesab edirəm ki, ölkəmin xoşbəxtliyi və çiçəklənməsi bütün medal və mükafatlardan vacibdir".

635x100

Şərhlər

t.ədalət 2018-04-22 23:27:00

Fəxri adlardan imtina edənlər,yəqin ki Putindən "dostluq" ordeni almayıblar.Düşmənimiz olsa da,etiraf etmək lazımdır ki, köpək uşağı dünyanı maraqlandıran nümunə göstərirlər.Fəxri adların kölgəsində yatanlar həmişə təhlükə mənbəyi olurlar...

Son yazılar