Vaşinqtondan Azərbaycana sərt tənqidlər

Karl Bild: Azərbaycanda rejim Qərb üçün problem yaradır

İsveç XİN rəhbəri Karl Bild Vaşinqtonda ciddi bəyanat verərək, avtoritar rejimlə əlaqədar Azərbaycan hakimiyyətinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak etmək istəyində səmimi olduğuna şübhə ifadə edib.

“Azərbaycan xüsusi bir tarixdir. Onlar neftdən gələn gəlir üzərində siyasi avtoritarizm qurur və bu, bizim üçün problemlər yaradacaq”, deyə o, ötən həftə Vaşinqtonda çıxış edərkən bildirib.

Atlantlik Şuranın çıxış edən Bild qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul edildiyi dövrdə olduğundan daha ciddi təhlükələrlə qarşılaşır.

Gürcüstan, Moldova və Ukrayna fəal şəkildə irəlilədiyi halda Ermənistan Gömrük İttifaqına qoşulmağı qərara alıb. Lakin Yerevanın xüsusi bir seçimi yox idi “və Moskvaya çağırıb seçim qarşısında qoydular. Onları məcbur etdilər”, deyə o bildirib.

Belarusla bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır, bu ölkə Rusiyanın enerji resurslarından çox asılıdır, baxmayaraq ki, belaruslar ümumilikdə Rusiyanın siyasətinə mənfi münasibət göstərir.

Hazırda Rusiya Qərb dəyərləri üçün ciddi təhlükə olaraq qalmaqdadır və Ukraynaya qarşı təcavüz ehtimalını istisna etmir, “Lakin bu, hazırki Rusiyanın sonu olardı”, deyə Bild qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar