Yəməndə ərəb koalisiyasının zərbələri nəticəsində 20 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələrinin Yəmənin şimal-qərbinə hava zərbələri endirməsi nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə Hacca əyalətində baş verib. Mərmilər toy keçirilən evə düşüb.

Qeyd edək ki, koalisiyanın zərbələrindən az əvvəl Yəmənin üsyançı "Ənsər Allah" (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı tərəfə iki raket atıb. "Al Arabiya" telekanalına məlumatına görə, krallığın Hava Hücumundan Müdafiə Qüvvələri raketlərdən birini məhv edib, ikinci raket isə səhraya düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar