İtkin düşən iki gəncin axtarışına FHN-in helikopteri cəlb edilib

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar