SARKİSYAN İSTEFAYA GETDİ! - "Paşinyan haqlı idi, mən səhv etdim" - CANLI

Sarkisyanı əvvəlki baş nazir Karen Karapetyan əvəzləyəcək

Ermənistanın baş naziri Serj Sarkisyan istefaya gedib. "AzPolitika.info"nun məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatlarə mənim baş nazirliyimə qarşı keçirilir. Mən sizin tələbinizi yerinə yetirirəm” - Sarkisyan bəyan edib.

Ermənistan mətbuatı müxalif qüvvələrlə hökumətin razılığa gəldiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, razılığa görə, Sarkisyan istefaya getdikdən sonra onu əvvəlki baş nazir Karen Karapetyan əvəzləyəcək.

***

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan sərbəst buraxılıb. O, Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyanla danışıqlar nəticəsində azad edilib.

“Fəaliyyətimizin məntiqi dəyişməyib. Axşam Respublika meydanında mitinq olacaq. O vaxtadək mən şəraitlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəyəm. Hərəkatın tutulan tərəfdarları azad edilməlidir”, - N.Paşinyan vurğulayıb.

Bu dəqiqələrdə Ermənistanın keçmiş baş naziri və indiki vitse-premyeri Karen Karapetyan bəyan edib ki, Baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Xəbər verildiyi kimi həmin deputatlar ötən gün polis tərəfindən saxlanılıblar, prokurorluq onların barəsində cinayət işi qaldırmağa hazırlaşırdı.

Lakin Paşinyanın və tərəfdaşlarının saxlanılması tamamilə hakimiyyətin əleyhinə işləyib, ötən gün axşam İrəvanın Respublika meydanına 160 minə yaxın nümayişçi çıxıb. Bu gün səhərdən isə İrəvanın küçələri yüz minlərlə etirazçının nəzarətindədir.

“Bu gün b236335_srciz qərar qəbul etdik və mən Baş prokurora müraciət etdim ki, toxunulmazlığın ləğvi barədə vəsadəti geri çağırsın. Və mən indi cənab Paşinyanla görüşə gedirəm, çalışacam danışıqlar aparaq və həll yolu tapaq. Sabahkı gün (24 aprel-“soyqırım” günü) olduqca mühümdür və mən əminəm ki, biz yaranmış vəziyyətdən asılı olmayaraq məntiqi həll yolu tapa biləcəyimizi bütün dünyaya sübut edəcəyik”-Karen Karapetyan bildirib.

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyan, baş nazirin müavini Karen Karapetyan və spiker Ara Babloyanın iştirakı ilə müşavirə olub. Müşavirədə hansı qərarın qəbul edildiyi məlum deyil. Ötən gün Serj Sərkisyan İrəvandakı “Armenia-Mariott” otelində Paşinyanın ayağına gedib və onunla görüş keçirib. Lakin Paşinyan bildirib ki, Sərkisyanla ancaq onun istefasının şərtlərini müzakirə edə bilər. İndi vitse-premyer Karapetyanın Paşinyana hansı təkliflərlə getdiyi maraq doğurur, istisna deyil ki, Sərkisyan artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşıb. Çünki etiraz hərəkatı hər saat böyüməkdədir və əsgərlər, müəllimlər, həkimlər, dövlət qulluqçuları bir-birinin ardınca xalqın tərəfinə keçir.

Bu dəqiqələrdə İrəvanda nümayişçilərin bir qrupu parlament və hökumət binalarının, o cümlədən prezident iqamətgahının yerləşdiyi Baqramyan prospektinə daxil olub. Minlərlə nümayişçi prospekti tikanlı məftillərlə bağlamış polis kordonu qarşısında dayanıblar və deputatları xalqın tərəfinə keçməyə çağırırlar. Onların arasında 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərin iştirakçıları, bu döyüşlərdə ölənlərin ailə üzvləri də yer alır.

“Biz deputatlarla görüşmək istəyirik, onlara demək istəyirik ki, bu gün hamı küçələrə çıxıb. O cümlədən polislərin və deputatların uşaqları, ailə üzvləri. Biz onları xalqın qarşısına çıxmağa çağırırıq”, - aprel döyüşlərinin iştirakçılarından biri deyib. Nümayişçilər habelə Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyana müraciət edərək nümayişlərdə saxlanılmış gəncləri, aprel döyüşlərinin iştirakçılarını azadlığa buraxmağa çağırıblar.

İrəvan küçələrində dramatik vəziyyət hökm sürür. Belə ki, nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər.

Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib.

Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar.

Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

***

İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.Mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.

İrəvanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib. Nümayiş iştirakçıları şəhərin bir neçə başlıca küçəsini bağlayaraq, hökumətə qarşı şüarlar söyləyirlər.

Hazırda İrəvanın Acapnyak rayonunda vəziyyət çox gərgindir.

İrəvanda 11 universitetin tələbələri aksiyalara qoşulub.

İrəvanda Tibb Universitetinin tələbələri də aksiyalara qoşulublar. Onlar etiraza ağ xalatla çıxıblar.

İrəvanda Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar.

Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq" radiosuna bu şəxslərdən biri təsdiqləyib. Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.

İrəvandakı etirazlara “Armpoçt” dövlət şirkətinin işçiləri də qoşulub. Onlar ölkədə kütləvi tətil elan ediblər. İrəvanda yerləşən Respublika Xəstəxanasının həkimləri də aksiyalara qoşularaq, Alabyan küçəsini bağlayıblar.

Gümrüdəki aksiyalarda küçələrə tələbələrlə bərabər dövlət idarələrinin işçiləri də küçələrə çıxıb. Hazırda şəhərdə etirazlara nəzarət edəcək qədər polis işçisinin olmadığı bildirilib.

Vigen Sərkisyan isə jurnalistlərə açıqlama verərək yenidən Azərbaycanı hər şeydə ittiham edib. O, qondarma Qarabağ rejiminin dünən Azərbaycan ordusuyla bağlı yaydığı videonun həqiqət olduğunu bildirib. Ölkədəki vəziyyəti Azərbaycanın üzərinə yıxmağa çalışan Sərkisyan Bakının İrəvandakı vəziyyətdən istifadə edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı bu yalan məlumatları təkzib edib.

Aprelin 22-də Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın qanunsuz toplantı keçirdikləri üçün tutulduqlarını təsdiqləyib.

635x100

Şərhlər

Azeri oqlu 2018-04-23 17:50:28

Men hec cur inana bilmirem ki serj hakimiyyetden bele sakit getdi burda ne se bir yeni ermeni hiylesi var gelib oturacaq qarabaqda rus qosunun da yerlesdirecek or....

Millet 2018-04-23 17:50:28

Biz nevaxt ....

Kamal 2018-04-23 17:50:28

3 milyonluk ermenistan xalql 9 milyonluk azerbaycan rusya belarusya ve kazaxlstan xalqlna lap ela ders verdiki bir insanln burnu bele qanamadan hakimyeti ele kecirdi dahi müellim sers sarksyan oldu telebeleri ise bu kişiden ders götürsün yeni..

Vətəndaş 2018-04-23 17:50:28

DÜŞMƏNLƏRİMİZ ÖZ MİLLƏTLƏRİNİN XƏTRİNƏ HƏMİŞƏ RAZILAŞIB BİR BİRİNƏ GÜZƏŞTƏ GEDİBLƏR.ONLARIN BİR FİKİRLƏRİ ARZULARI AMALLARI VAR BİZİM TORPAĞI GERİ VERMƏMƏK. VƏLZİFƏLƏRİNDƏN DƏ PULLARINDAN DA MİLLİ MARAQLARA GÖRƏ KEÇİBLƏR.BİZİMKİLƏR İSƏ ....ONA GÖRƏ DƏ 25 İLDİR ÖLKƏ TALAN OLUNUR,TORPAQLARIMIZI DA DÜŞMƏN İŞĞAL EDİB VƏ 25 İLDƏ 1 KƏND BELƏ GERİ ALINMAYIB. DÜŞMƏNDƏN İBRƏT DSƏRSİ GÖTÜRMƏK LAZIMDIR..

NURəddin 2018-04-23 17:50:28

BÜTÜN ERMƏNİSTAN BAYRAM EDİR.BÜTÜN ŞƏHƏRLƏRİNDƏ XALQ SEVİNCİNDƏN YALLI GEDİR.ONLAR HAQQ YOLUNA ÇIXDILAR.YALANDAN VƏ KÖLƏLİKDƏN XİLAS OLDULAR.İNDİ ERMƏNİ ADI ADI DAŞIYAN HƏR KƏS ÖZÜNÜ HAQLI OLARAQ QALİB HESAB EDİR. ÇÜNKİ BUNU ÖZLƏRİ QAZANDILAR.BU AZADLIĞI VƏ ATƏŞFƏŞANLIĞI KƏNARDAN ACİZCƏSİNƏ ŞƏKİLDƏ İZLƏDİKCƏ BİLMİRƏM NƏ EDİM?AĞLAMAQ, BAĞIRMAQ,BAŞIMI DİVARLARA ÇARPMAQ İSTƏYİRƏM.BELƏ DƏRD OLMAZ.BU ERMƏNİLƏRİN BİZİM ÜZƏRİMİZDƏ İKİNCİ QƏLƏBƏSİDİR...

serlok holms 2018-04-23 17:50:28

Dusmenimsen, Serjik!!!!!! Amma meqlubiyyeti de qebul etmek ucun bir kisilik lazimdi. Sen bunu xalqinin xetrine, xalqinin eziyyet cekmemesi xetrine etdin. Dusmenimsen, amma demeli senin ureyinde Xalqina mehebbet var! Dusmenimsiz, amma sizi de, bizi de Bir Allah yaradib. Kas ki, bunu ermenilere basa salan bir lider de olsun. Dusmenimsiz, amma ne siz kocub geden deyilsiz, ne de biz!!!!!!!!........biz de toplananlarin yerini deyisdik, amma cem deyismedi. ...

emil 2018-04-23 17:50:28

Ermeniler öz diktatorlarinnan gurtuldular.Indi Avropaya surätlä itigraciyaya baslayacaglar.Bizimkileri ise ASPADAN bu gün sabah govacaglarina hec sübhä etmiräm.Defakto Qarabag ermänilärin älindä idi bunnan sonra deyuredä öz tädigini tapacag. Biz isä 25-il dözmüsük vä 7-il daha dözmäliyik

Müəllif 2018-04-23 17:50:28

Yeqin ki Putinden"idi na x@y" komandasi alib. Hem de torpaq qaytarmaq mesuliyyetini oz uzerinden atmish oldu.

Sus 2018-04-23 17:50:28

Düşmən də olsa, xalq belə olar.Yoxsa alt paltarına büllüten yığan,ğöləliyi qəbul edənlər millət deyil.Ermənilər yaxşı başa düşüblər ki,Putinə girməklə,ölkəni qabağa aparmaq olmaz.Əgər bizdəki rüşvətxorluq,yerlibazlıq,hüquqsuzluq və s. ermənistanda olmuş olsaydı onlar vətəndaş müharibəsi edərdilər.Nə vaxta qədər biz də öz hüququmuzu tələb edə bilməyəcəyik?

vetendash 2018-04-23 17:50:28

ATALARIN DEYERLI MISALI VAR : EL GUCU !!! = SEL GUCU !!! XALQIN GUCU QUDRETLIDIR !!! DUNYADA, HECH BIR QEDDAR - hakimiyyet rejiminin, OZ XALQINA QALIB GELMEYE, GUCU CHATMAZ !!! ...YALAN - PALAN TEBLIQATI ile, YALTAQLIQ edenlerin yeri..., ZIBILLIKDIR... HER HANSI BIR OLKEDE, BIRLESHMISH - VAHID XALQ GUCU, MEHV EDE BILER, TUQYAN EDEN RUSHVET - KORRUPSIYA SISTEMINI !!! ...IBRET DERSI ALMAQ ..., bezi memurlar... uchun, FAYDALI OLAR...

Murad 2018-04-23 17:50:28

Həəə-bu bizim üçün heç məğbul nəticə deyil.Əyər ermənistan avropaya intiqrasiya yolunu seçsə Daqliq-Qarabaq problemi heçvaxt ədalətli həllini tapmayacaq,əksinə türk dünyasina yeni cəbhə açilacaq.Yox əyər K Karapetyan baş nazir postunu saxlaya bilsə ümid varki tam olmasada qismən işqal olmuş rayonlardan qaytarilsin.Rusya bölğədə nəzarəti itirsə bizdən istifadə edəcək.Yəni müharibə olacaq.Cox təhlükəli vəziyyətdir.Allah köməyimiz olsun.

Haqqln sesi 2018-04-23 17:50:28

He deputatxanada oturanlar bes lovga lovga deyirdis ermenistan rusun forposdudu bes indi kimdi rusun forposdu oldu olar ya biz olar yaramaz putin yolu getmedi ve özlerni dünyaya güldürdmedi sizi kimi ey azerir deputatlar odurki öznüze gün aglayınki....

G.M 2018-04-23 17:50:28

İndi bildim ki,ermənilər Qaranağı qaytarmayacaqlar.Başqa millə tlərdən olsaydı indi Sarkisyan TV -lərdə yaltaqların təbrik atəşinə tutulardı.Ancaq Ermənilər bunu etmədi.Ermənistan boyda Qarabağ ərazisini işğal edib,Xalqına verən bir şəxsin 3-cü dəfə Prezident olmasına icazə verilmir.Deməli erməni Xalqında minlərcən sarkisiyan var.Türkmənstan deyil ki,berdumuxammedovu əvəzləyəcək başqa bir Türkman olmasın))

Bayram 2018-04-23 17:50:28

Bəs AzTV deyirdi Ermənistanda adam qalmayıb.

Qazi 2018-04-23 17:50:28

Bes ne demeli idi AZTV? demeli idi ki Ermenistan Azerbaycandan 1000 defe demokrtaik olkedir?

Müfəttiş 2018-04-23 17:50:28

Görəsən bizim Milli Məclisdə əyləşənlərin arasında, öz gücünə ətrafına 30 adam toplaya bilən varmı ?...

X 2018-04-23 17:50:28

Bizim gunumuzu kimler aglasin?...

Son yazılar