Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb
Baxiş sayı:
Dərc olunub:
23/04/2018 - 15:22
Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb.
“Report”un xəbərinə görə, Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir.
Bundan başqa, baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib.
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.