"Baş verənlər Ermənistanın daxili işidir" -  Rusiya Sarkisyandan imtina edir?

dmitri peskov xeber dgİrəvanda baş qaldıran etirazlarla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ölkəsinin mövqeyini açıqlayıb. "AzPolitika.info" Rusiya mətbuatına istinadən bildirir ki, D.Peskov jurnalistlərin Ermənistandakı vəziyyətlə bağlı sualına cavab olaraq, "Bu, birmənalı olaraq, Ermənistanın daxili işidir" deyib.

Bununla yanaşı, prezidentin mətbuat xidmətinin rəhbəri deyib ki, rəsmi Moskva İrəvanda baş verənləri diqqətlə izləməkdədir: "Ermənistan bizim yaxın mütəfiqimiz və Avrasiya İttifaqının üzvüdür. Ona görə də, bu ölkə bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir və biz baş verənləri çox diqqətlə izləyirik."

Rusiyanın hadisələrə hasnsısa formada, hətta Ermənistan rəhbərliyinin xahişilə müdaxilə etməsinin mümkünlüyü barədə suala cavab olaraq isə Peskov "Nəyə görə də Moskva qarışmalıdır, burada hipotetik mülahizələr tamamilə yersizdir" deyə konkret cavab verib.

Rusiyanın rəsmi mövqeyi onu deməyə əsas verir ki, rəsmi Moskva hazırkı Ermənistan hökumətini açıq şəkildə müdafiə etməkdə həvəsli görünmür və bu gedişlə, Sarkisyandan imtina edəcək.

"AzPolitika.info"

635x100

Şərhlər

ABDULQADIR 2018-04-23 15:58:08

GÖREN BU CHOX ICHIB YOSA MEN YUXU GÖRÜREM.LAP DUMUKRATLAR KIMI DANISHIR.

Son yazılar