«QAZ» avtomobilləri Azərbaycanda yığılacaq - Memorandum imzalanıb

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Azərbaycanda «QAZ» kommersiya avtomobillərinin yığılması həyata keçiriləcək. Bu barədə «RİA Novosti» agentliyi xəbər verib.

«QAZ avtomobil zavodu» Məhdud Məsuliyyətli Cəmiyyət və «Azərmaş» Səhmdar Cəmiyyəti bu istiqamətdə əməkdaşlıq üzrə Bakıda memorandum imzalayıblar. Mərasimdə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev və Rusiya Federasiyası iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edib.

Avtomobillər Hacıqabul sənaye zonasında yığılacaq.

Qorki avtomoil zavodu («QAZ» qrupuna daxildir) - minik və yüngül yük maşınları, mikroavtobuslar və hərbi texnika istehsalı üzrə nəhəng müəssisədir. O, 1932-ci ildə Nijni Novqorod (SSRİ dövründə Qorki şəhəri adlanıb) şəhərində təsis olunub. Müəssisə öz məhsullarını MDB və Şərqi Avropa, Cənub-Şərqi Asiya, Cənubi Amerika, Yaxın Şərq və Afrika ölkələrinə ixrac edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar