YENİ TƏHSİL NAZİRİ TƏYİN OLUNDU! - Prezident sərəncam imzaladı + DOSYE

Ceyhun Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.Bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.  2 övladı var.

****

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb.

Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib. Hələlik təyinatla bağlı rəsmi olaraq prezidentin sərəncamı açıqlanmayıb.

Xəbər təhsil sektorundakı mənbələr tərəfindən təsdiq olunur.

635x100

Şərhlər

Azərbaycanlı 2018-04-23 16:52:32

Gözəl təyinatlardır.Bir ailənin üzvləri necə olur ki, yüksək vəzifədoturur.Bir qardaş maliyyə nazirliyində.digəri təhsil nazirliyində.Bu şübhəli deyilmi? BUnun kimi İbrahimovlar (naxçıvan klanı) və s. Ölkədə vəzifələr niyə bilik,bacarıq,iş təcrübəsi.uyğunluq üzrə təyin olunmur.Hara baxırsan bir bölgə( nazir və müavinləri,icra başçıları,prokuror və polis rəisləri.və bu kimi )...

X 2018-04-23 16:52:32

Balaemiye BILSEK NE EDECEYIK BILDIKLERIMIZE NE EDE BILIRk

Amon 2018-04-23 16:52:32

Ceyhun Bayramov Gedebeylidi, qardasi da maliyye nazirinin muavini Azer Bayramovdu.ekologiya miqrasiya sehiyye diaspora emek naziri hamisi bakilidi qacqinkomda susalidi.kim gelir deyirsiz ermenistanlidi oyresmisiz demaqoq demaqoq danismaga

Balaəmi 2018-04-23 16:52:32

Tərcwmeyi hallar kəsirlə verilir.Yaxşı olardı yeni təyin olunanların hansı kökdən olduğunu da göstərsinlər.Axı bu göstərilən Bakıda anadan olanların heç biri Bakılı kökən sahibi deyil.Millətin kimin kim olduğunu və onlardan nələr gözləyə biləcəklərini aydınlaşdırmaq üçün kökənlərinin də göstərilməsi vacibdir.Yoxsa kənardan baxan elə biləcək ki, vəzifədə bakılılardır.Fakt isə belə deyil.axı!

Cümhuriyyət 2018-04-23 16:52:32

Yəqin ki, bu da ermənistanlıdır.

Son yazılar