YENİ AGENTLİYƏ DİREKTOR TƏYİN OLUNMADI... - "Zahid İsayevin təyin olunacağı gözlənilmir"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamlar imzalayıb. Struktur islahatları çərçivəsində verilən sərəncamlarla bəzi qurumlar ləğv edilib, bəzi yeni qurumlar yaradılıb. Eyni zamanda nazirliklərin tərkibində olan və təsərrüfatçılıq funksiyası daşıyan bəzi strukturların müstəqil dövlət orqanı kimi yenidən formalaşdırılmasına qərar verilib.

Yeni yaradılan, daha dəqiq yenidən formalaşdırılan qurumlardan biri də, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Belə ki, bu qurum Prezidentin son sərəncamınadək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti kimi fəaliyyət göstərirdi.

Prezident İlham Əliyevin istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamı ilə məhz bu Xidmətin əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Agentliyin böyük səlahiyyətlərə malik olacağı isə şübhə doğurmur. Belə ki, Prezidentin digər bir sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.  Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib.

Bundan əlavə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

Göründüyü kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi böyük səlahiyyətlərə malik olacaq.  Bu baxımdan sözügedən Agentliyin rəhbərinin bəzi nazirlərdən daha yüksək səlahiyyətinin olacağı şübhə doğurmur.

Nəzərə alsaq ki, Agentlik birbaşa sahibkarlarla işləyəcək, biznes strukturlarının fəaliyyətinə nəzarət edəcək, bu postun ölkədə işgüzar mühiti canlandırmağa, qeyri-neft sektorunu inkişaf etdirmyə çalışan hakimiyyət üçün də ciddi əhəmiyyət daşıdığını söyləyə bilərik. Ona görə də, Agentliyə korrupsiya və rüşvətdən uzaq, sağlam düşüncəyə malik birinin rəhbər gətirilməsi zəruri hesab olunur.

Elə hökumətin az qala tam şəkildə yenidən formalaşdırılmasından sonra Agentliyə hələlik rəhbər təyin olunmaması da belə bir şəxsin axtarılması ilə izah oluna bilər. Məsələ ondadır ki, sözügedən quruma, daha dəqiqi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə indiyə qədər rəhbərlik etmiş Zahid İsayev barədə heç də müsbət fikirlər söylənilmir.

Belə ki,  Zahid İsayevlə bağlı həm mətbuatda çox ciddi ittihamlar səslənib, həm də onun rəis olduğu illərdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən iş adamlarının şikayəti artıb. Zahid İsayevin indiyə qədər vəzifədə saxlanılmasının yeganə səbəbi kimi isə onun nazir Şahin Mustafayevin kadrı olması göstərilir. Belə ki, Şahin Mustafayev Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi işləyəndə Zahid İsayev onun müavini olub. Şahin Mustafayev İqtisadi İnkişaf naziri təyin edildikdən az sonra Zahid İsayevi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi təyin edib.

Z.İsayev rəis olduqdan sonra Xidmətin əməkdaşlarının sahibkarların üzərinə total hücumu başladı. Hətta ucqar mağazalara belə "haqq” qoyuldu. Bununla bağlı mətbuatda, televiziyalarda çoxsaylı şikayətlər səslənib. Hətta Xidmətin əməkdaşlarının "haqq" tələblərindən bezərək intihar etmək istəyənlər olub. Bir çox iş adamı Zahid İsayevlə bağlı ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb.

Xidmətin fəaliyyət istiqamətlərinə inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin aradan qaldırılması, rəqabətin inkişafı və təşviqi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət edilməsinə dövlət nəzarəti, inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılmas, ə yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi daxil olsa da, bunların heç birini gözlənilən səviyyədə yerinə yetirə bilməyib.

Prezident də çıxışında dəfərlərlə bəzi işbazların qiymətləri süni şəkildə qaldırdığını bildirib. Buna şəraiti isə birbaşa Z.İsayevin rəhbərlik etdiyi Dövlət Xidmətinin əməkdaşları yaradıb. Təbii ki, "haqq"larını almaqla...

Məhz üzərinə qoyulan vəzifələri yerinə yetrə bilmədiyi üçün Z.İsayevin yeni Agentliyə rəhbər təyin olunmasına ehtimal verilmir. Onun işdən çıxarılacağı gözlənilir. Boş qalan yerlərə bugünkü ikinci təyinat dalğasından sonra da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təyinatın olmaması artıq buna şübhə yeri qoymadı. 

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Məğrub Bədəlli ,Qarabağ əlili, jurnalist 2018-04-24 00:48:01

Zahid İsayev Vətəndaşların şikayətlərinə də baxmırdı. Onun işi şikayət edilən qurumlardan rüşvət alıb, istehlakçıya məhkəməyə müraciət etməyi məsləhət görməkdi. Prezidentin sosial-iqtisadi siyasətinə təxribat edən qurum İqtisadiyyat Nazirliyinin yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti idi. İndi müstəqil mərkəzi icra hakimiyyəti orqanı olan quruma da Zahid İsayev rəis olsa, sahibkarlar, istehlakçılar,əlillər yaman günə qalacaq. Təsəvvür edin, 10 ildir təbii inhisarçı kommunal xidmət qurumlarının özbaşınalığı ilə Qarabağ əlili sahibkarlıqla məşğul olmağa verilən otağa su, qaz, işıq, telefon çəkilməsinə nail ola bilmir. Z.İsayev isə 10 ildir rüşvətlə inhisarçılığı, hüquq pozanları qoruyur.Məhkəməyə də təzyiq edib, iddiaya baxılmasına imkan vermir .Yenə Zahid İsayev rəis olsa,batdıq.

Son yazılar