“YENİ TƏYİNATLAR OLACAQ, GÖRƏCƏKSİNİZ Kİ..." - Ramiz Mehdiyev + VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün yeni təyinatların olacağını anons edib.

Axar.az xəbər verir ki, o, "ATV Xəbər"ə açıqlamasında yeni təyinatlar zamanı Prezidentin gənc, potensiallı, bir neçə xarici dil bilən kadrlara üstünlük verəcəyini qeyd edib:

"Özünüz də bu təyinatlara baxanda görəcəksiniz ki, cənab Prezident gənc kadrlara üstünlük verir”.

635x100

Şərhlər

Jaqub 2018-04-23 17:43:23

Ramiz müəllim indiki məmurlar getməsə ölkədə heç nə düzəlməyəcək.Talan rüşvət davam edəcək..... Pis nə varsa hələ daha da artacaq.

Anna 2018-04-23 17:43:23

.... dovletin pulun...Aztv sedri arif aliwanovdu .....onun da cezasin verinde onun niye cezasin vermirsiz?.

Müəllimə 2018-04-23 17:43:23

Hörmətli Ramiz Müəllim Sizə bildirmək istəyirik ki,vətəndaşları Ölkə rərbərliyindən narazı salan bir qrup KORRUPSİONER məmurlardır ki,biridə HİCRAN HÜSEYNOVADIR.Bunu bütün Azərbaycanın Məmurlarıda, sadə vətəndaşlarıda bilir.Sabiq aparat rəhbərini 4 azyaşlı uşaqla Gürcüstana qaçirib orada maliyələşdirir. Hüq-Müh Orq-da yüzlərlə şikayətlər var və Şikayətçiləri hədələyir.2 il Azərbaycanın bütün mediası susmadı.Sonunda medianıda susdurmağın yolunu tapdı.İndi məhz HİCRANLAR təsdiq oldu.Millətin işi qaqldı ALLAHA

NE VAXT ???? 2018-04-23 17:43:23

Ramiz Mehdiyev, NE VAXT, sen PENSIYAYA CHIXACAQSAN.... ????? MEGER, bu sualin MENASINI, sen ANLAMIRSAN ...??????

seymur 2018-04-23 17:43:23

?????????????

Analitik 2018-04-23 17:43:23

Mirinin sozune quvvet, bu meseleler ele tek neche dil bilmekle ve genc olmaqla bitmirdi.. BMT-ye ve ya xarici olkelere numayende heyyeti deyildi ki.. Gorunur belke de, avropa ve qerbe inteqrasiya proqqrami sechilib.. )

Mikayıl 2018-04-23 17:43:23

Gördük ki, ... Azərbaycan xalqına güzəran gözlənilmir.Yenə talan,rüşvət,korrupsiya,yerlibazlıq,qohum-qudalıq.Siz elə bilirsiniz millət yatır? Kimin kim olduğu çox aydın görünür.İnşaallah belə işlərin,aldatmacaların sonu gələcək! Allah Azərbaycanlı xalqın da səsini haçansa eşidəcək.

Miri-yə 2018-04-23 17:43:23

İzahatınız doğru.Amma bunun üçün həm tutduğu sahə üzrə ixtisas uyğun olmalı,bu sahə üzrə lazımi iş tərübəsi olmalı və cəmiyyətfdə tanınmış şəxs nazir ola bilər.İndi təyin olunan uyğunsuz nazirlər isə Azərbaycana üz qarası gətirəcəkləri indidən bəllidir. Axı nazir postu tutan şəxs müvafiq vəzifəli digər dövlətlərin eyni strukturları ilə görüşməli olurlar.Bu zaman bizi necə tanıyacaqları indidən bəllidir.Belə təyinatlar nə qədər özünü doğrulda bilər?

kluni 2018-04-23 17:43:23

Dil bilmək heç bir önəm kəsb etmir. İqtisadiyyatı bilib, millət üçün yeni iş və istehsal yerləri yaratmaq lazımdır (S.Müslümov və b. basıb-bağladığı iş yerləri (kağız üzərində) heç kimə lazım deyil). Beş-altı nəfər dil bilən cavanları nazir qoymaqla məyər korrupsiyanın kökü kəsiləcək? Əgər əsas korrupsionerlər yenə öz yerində oturacaqlarsa nə dəyişəcək ki?

Ayxan 2018-04-23 17:43:23

muasir tipli nedir?teze sozdur bu?insan haqqinda muasir tipli demek olarmi?

ARİF 2018-04-23 17:43:23

KASIB TƏBƏQƏNİ DÜŞÜNƏNLƏR VƏZİFƏYƏ GƏTİRİLMƏLİDİR.

miri 2018-04-23 17:43:23

Çox dil bilməkdənsə, millətin yaşam tərzini bilən, hansı hisslərlə yaşadığını dərk edə bilən, millətə nifrət hissləri olmayan kadrlar lazımdır.Dil , yaş, cinsi əsas deyil.

Son yazılar