MİQRASİYA XİDMƏTİNİN RƏSİ DƏYİŞDİ - Daha bir deputata yüksək vəzifə + DOSYE 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi dəyişib - Prezident İlham Əliyev Firudin Nəbiyevi bu vəzifədən uzaqlaşdırıb. 

"AzPolitika.info"nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu vəzifəyə deputat Vüsal Əfqan oğlu Hüseynov təyin olunub.

Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil almışdır.

Vüsal Hüseynov 1997- 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsində oxuyub.  2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil oldu və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Evlidir, iki övladı var.

Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işləməyə başlayıb. 2008-2010-cu illər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti işləyib.

Vüsal Hüseynov 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi oldu. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edilib. 2015-ci ildən əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirib. Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilib.

635x100

Şərhlər

Fərid 2018-04-23 19:31:20

Vüsal müəllimi təbrik edirəm.Uğurlu və xeyirli olsun.

Ləkin 2018-04-23 19:31:20

Rövşən Səfərovun kitabı bağlandı

Son yazılar