İspaniyanın "Barselona" klubu UEFA Gənclər Liqasının qalibi olub

İspaniyanın "Barselona" klubu UEFA Gənclər Liqasının qalibi olub.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi finalda İngiltərənin "Çelsi" komandasını darmadağın edib - 3:0.

İsveçrənin Nyon şəhərindəki "Kolovrey" stadionunda keçirilmiş qarşılaşmada Alexandro Markes "dubl" edib, daha bir qolun müəllifi isə uzatma dəqiqələrində Abel Ruis olub.

UEFA Gənclər Liqası gənclərdən ibarət klublar üçündür. Bu yarışa Çempionlar Liqasının qrup mərhələsinin 32 və Avropanın ən yaxşı 32 liqasının hər birindən bir komanda qatılır. Bu mövsüm Azərbaycanı təmsil etmiş "Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən biri "Çelsi" olub. Ağdam komandası "zadəganlar"a səfərdə 0:5, evdə 1:3 hesabı ilə uduzub. "Barselona"nın yarımfinalda İngiltərənin "Mançester Siti" klubunu 5:4 hesabı ilə yendiyi görüşü isə FİFA referisi Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar