RAMİZ MEHDİYEVDƏN İBRAHİMOVA ŞOK İTTİHAMLAR - "Dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb"

“Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib”.

Bunu “Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.

Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, - deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

***

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Göründüyü kimi, sonuncu fikirləri ilə R.Mehdiyev keçmiş komitə sədrini açıq şəkildə mənimsəmədə ittiham edib. Burdan belə nəticə çıxarmaq olar ki, çox böyük ehtimalla, N.İbrahimovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən də araşdırılacaq. R.Mehdiyev bunun anonsunu edib.

PA rəhbərinin "Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" ittihamı isə, ondan xəbər verir ki, hakimiyyət son vaxtlar Avropada vüsət alan təhqir kampaniyasının məsuliyyətini N.İbrahimovun üzərinə qayacaq. Belə olduqda onun hətta həbsi də mümkündür!

Xatırlatmaq yerinə düşər ki, N.İbrahimov və qardaşları "yuxarıların" etimadını çoxdan itiriblər. Qardaşlardan Hacı İbrahim İbrahimovun "Xəzər adaları" fırıldaq layihəsinə görə dövlətin - Beynəlxalq Bankın 800 milyon dollarını mənimsədikdən sonra isə onların vəziyyəti daha da pisləşmişdi.

V.Nəsibov

AzPolitika.info 

635x100

Şərhlər

RUSHVETXORLARA ve YALTAQLARA XEBERDARLIQ ! 2018-04-24 15:05:54

Əzrailin vezifesi, bu dunyada olanlarin CANINI ALMAQDIR ve ISTEDIYI her bir canlini, GONDERE BILIR "o dunyaya" ve QADAQAN EDIR, var-dovlet APARMAQI "o dunyaya". TALANÇILAR "O dunyada", YALNIZ, CEHENNEM - de, DAIMI "ПРОПИСКА"(QEYDIYYATDA) OLUNACAQLAR, chunki, bu dunyada, RIYAKARLIQLA, kasib insanlara ZULM ETMEKLE MESHQUL OLDUQLARINA GORE. Azerbaycan hakimiyyetindeki selahiyyetliler, vaxt itirmeyin, menimsediyiniz var-dovleti PAYLAYIN YETIM USHAQLARA ve KASIBLARA !!!

Ramizə 2018-04-24 15:05:54

Ötən il "dalanda"kı Haystan adambaşına reytinqli Azərbaycandan İki dəfə, "darda"kı DQarabağ isə Üç dəfə çox məhsul istehsal edib və elə o qədər də çox maaş verib! Bu fərq hökmün ömrünü uzadır. Hay müxalifəti meydanlarda və qəbuldadır. Bizim güclü iqtidar isə müxalifəti Qarabağdan uzaqlaşdırıb əcnəbi tüaletinə elə tıxayıb ki, səsi birdəfəlik kəsilsin!

Ramiz 2018-04-24 15:05:54

Ey adaş ermenistan inqlab etdi senide o inqlab gözleyir...

Ramiz müəllimə sual! 2018-04-24 15:05:54

Ramiz müəllim, məmurların çoxu büdcəni talayır!!! 1000 man. maaşı olan vəzifəyə 50 mln.rüşvet verirlər. Niyə??? 50 milyard talamaq üçün!!!

Ramiz müəllimə sual 2018-04-24 15:05:54

Bir nəfər məmur göstərin ki büdcəni talamır!!! 1000man. maaşı olan vəzifəyə 50 mln.rüşvet verirlər. Niyə??? 50 milyard talamaq üçün!!!

AZƏRBAYCANLI 2018-04-24 15:05:54

Hörmətli Ramiz Müəllim Sizə bildirmək istəyirik ki,vətəndaşları Ölkə rərbərliyindən narazı salan bir qrup KORRUPSİONER məmurlardır.Ən böyüyü HİCRAN HÜSEYNOVADIR.Bunu Azərbaycanın HÜQ-MÜH ORQAN-da, sadə vətəndaşlarıda bilir.Sabiq aparat rəhbərini 4 azyaşlı uşaqla əvvəl Türkiyəyə oradanda Gürcüstana qaçirib orada maliyələşdirir. Hüq-Müh Orq-da yüzlərlə şikayətlər var və Şikayətçiləri hədələyir.2 il Azərbaycanın bütün mediasında hallandı.Sonunda medianıda susdurmağın və yenidən seçilməsinin(yolunu tapıb)oturub

miri 2018-04-24 15:05:54

"Gələnin qarşısında tərif, gedənin arxasında tənqid". Bu tendensiya məhəlləmizin bekar qadınlarının isi-pesəsi idi. Son 25 ildə bu xəstəliyi millətə də sirayiblarki, normal məntiqlə fikirləşmək qabiliyyəti olmasın. Lazimin istəklərini maneəsiz həyata keçirmək olsun.İndi isə iş görməyə səlahiyyət sahiblərindən belə mövqe görəndə adamın gülməyi gəlir.

R-n ə əlavə 2018-04-24 15:05:54

Əcaib məmləkətdə yaşayırıq.Adam 20 ildir sədrdir,dağıdır.Bəs onun xərclərinə,maliyyəsinə nəzarət edənlər,ondan hər il hesabat qəbul edənlər harada və niyə yatıblar.Ehtimalən pay alıb,susublar. İbrahimovların bir qardaşı belə,digəri Xəzər adalarında nə qədər dövlət vəsaitini yedi.Budurmu nəzarət. Bir qrup adamı nəzarətsiz buraxanda bəs nə düşünürdünüz.İndi qatar gedəndən sonra dalınca qaçırsınız.Kimdir müqəssir? ...

R. Mehdiyeve sual 2018-04-24 15:05:54

Ramiz Mehdiyev, sen, YATIB -YATIB, INDI AYILIBSAN... ?????? Bu UZUN MUDDET, sen HARA BAXIRDIN... ve NIYE, Nazim İbrahimovun ... ve Dovlet Budcesini TALADIQINI, vaxtinda BILDIRMEDIN Bash Prokuror Zakir Qaralova ?????? Bes, sen, bu sahede, oz MESULIYYETIN barede, NIYE, SUSURSAN ?????

R-n 2018-04-24 15:05:54

Deyesen buzlar yavash-yavash eriyir,her shey oz adi ile cagirmaga bashlayirlar.A.Aliyevi ne vaxt soyacaglar,H Asadovu ne vaxt gusduracaglar? Galdi Nazime,o ancag pul nagdlashdirib...

seymur 2018-04-24 15:05:54

sahiyye?????????????????

Son yazılar