BAKI METROPOLİTENİNİN VƏZİFƏLİ ŞƏXSİ RAYONLULARI TƏHQİR ETDİ - FOTOLAR

Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaradıb. Virtualaz.org xəbər verir ki, hər şey “Facebook” sosial şəbəkəsinin istifadəçisi Zakir Əlizadənin metroda insan kütləsinin fotoşəklini yerləşdirməsi və bu halın baş verməsində metronun rəhbərliyini ittiham etməsi ilə başlayıb.

Z.Əlizadənin sözlərinə görə, baş verənlərin səbəbi “qaynar saat”larda bilərəkdən qatarların hərəkət intervalının artırılması və sınaq qatarlarının reysə buraxılmasıdır. Bu zaman müəllif səhvə yol verərək, “çastpik” (əslində “ças pik» – “час пик”) ifadəsini işlədib.

Buna cavab olaraq, Bakı Metropoliteninin təmsilçisi Lalə Babayeva yazıb ki, “çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” (qeyd edək ki, Lalə xanım da qrammatik səhvə yol verib və “yaranmazdır” yazıb).

L.Babayevanın şərhi bloger Bəxtiyar Hacıyevin diqqətindən yayınmayıb və o, #hamimizkendchiyik heşteqi altında kampaniyaya başlayıb.

“Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisinin, 'Chto, Gde, Kogda' oynayan, rusdilli ziyalının vətəndaşa cavabı.

Şəxsən tanımıram, bu xanıma deyin ki, hamı sizin kimi rahat, lüks həyat yaşamır, PortBakuya vizasız getmir, kəndlərdən paytaxt tıxacına, metro basabasına kefindən gəlməyib.

Vaxtında regionlar inkişaf etsəydi, məsul vəzifələrə kimlərinsə oğlu, qızı, kürəkəni, sevgilisi, ikinci sevgilisi gətirilməsəydi, insanlar da öz kəndlərində, rayonlarında ailələrinin yanında, təmiz havada yaşayardılar... Həqiqi intellektualdırsa, bu yazdığına görə bütün rayon, kənd adamlarından üzr istəməlidir”, - bloger qeyd edib.

Sayılı saatlar ərzində Bəxtiyar Hacıyevin kampaniyasına minlərlə insan qoşulub. Bundan sonra qalmaqal böyüyüb və Lalə Babayeva yazdığı şərhi silmək məcburiyyətində qalıb.

Virtualaz.org dəqiqləşdirib ki, rayonluları Bakıda metronu “korlamaqda” günahlandıran Lalə Babayeva “Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər “Bakelektrikşəbəkə”də işləyib, 2014-cü ildə “Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.

635x100

Şərhlər

Yurdsuz 2018-04-24 21:32:10

Yaxsi ki Sirvanlilar Samaxililar Bakini tikdi qurdu yaratdi esl Bakililar da ele onlardi amma onlar qalib bir kenarda dinib danismirda dunen Bakiya koc edenler bu gun Bakili olub sanki...

vətəndaş 2018-04-24 21:32:10

Azərbaycan da yerlicilik dövlət səviyyəsində aparilir. Bakili öz şənərində sixişdirilib. hələ bu harasidir.

vəqan 2018-04-24 21:32:10

ba ....ba...ba

Roma 2018-04-24 21:32:10

Lalenin milleti bu cur awaqilamasi, insanlari weherliye, kendliye ayirmasi cox boyuk terbiyesizlikdir ve buna gorede Lale ona bu terbiyeni veren atasi ile birlikde milletden uzr istemelidir.

Sara 2018-04-24 21:32:10

Bu lalanin gorkemi esl qul gorkemidir.Qara neqra oxsayir.Yeke burnunu 10 defe kesdirsede Qara gundedir.Haram pulllar uzunu agarda bilmir.Goycek kasib kendli gorende paxilligindan ureyi partlayir...

Pitbull 2018-04-24 21:32:10

Onda erebleri de qoymayinda onlarin qabaginda....

Rayonlu 2018-04-24 21:32:10

...artiq birinci defe deyilki bu sozu esidirik aygun semedzade de eyni sozleri demisdi.90ci illerde olanlarda buna subutdu.rayon camaati metroya da minmeyin bakiya da gelmeyin avtovagzaldan kecmeyin bu yana baki azerbaycan deyil yeqinki bunlar ucun

TQ 2018-04-24 21:32:10

Bu qız neçə ildir "Çto qde koqda" verilişdə çıxış edir və özünü biyabır edir.Bir dəfədə olsun düz cavab verə bilməyib heç müzakirələrdə iştirak edə bilmir.Çünki çaşıb ora düşüb. Savaddan, intellektdən uzaq bir bədbəxt növbəti papa balasıdı.Rayon adamlarına ilişməsinə gəldikdə isə, əvvəl bir çəkdirdiyi yarılüt şəkillərini yığışdırsın sonra o eybəcər ağzını açsın.

Adlh 2018-04-24 21:32:10

Pis deyil haaa.

Bir de və R.Cavadova 2018-04-24 21:32:10

Kəndli tərbiyəvi aşkar ana mənşəyinin Azərbaycana hökmünü lütləməyi lüzum bilməyib.

İ.Mustafaoğlu 2018-04-24 21:32:10

Zəhmət görməyib,kiminsə hesabına mühüm bir vəzifə sahibi olanlar dövlətin,xalqın və rəhbərinin qədrini bilə bilməz.Çünki o hazırın naziri olub. Lalə Babayevin kənddən gələnlərə qiymət verməsi,onun geyimindən hər şey bəllidir... Kənd əhalisi zəhməti sevdiyindən dövlətimizi, xalqımızı və rəhbərini qəlbən sevir. Lalə Babayevin kənd qızları səviyyəsinə çatması mümkünsüzdür...Metrodan əhalinin çox hissəsinin istifadə etməsi,birinci növbədə Metropolitenin büdcəsinin yerinə yetirilməsinə gətirib çıxarır.

Azer 2018-04-24 21:32:10

Kendciler .....

Fəradi 2018-04-24 21:32:10

Xanıma demək istəyirəm ki əsl intellekt adamı xalqını aşağılamaz. Bakı tək bakılıların deyil, Azərbaycanımızın döyünən ürəyidir. Bakı kəndli-şəhərli bütün xalqımızın qürur mənbəyidir. Rayon nömrəli maşınların Bakıya buraxılmasında olan məhdudiyyətlər də məni çox məyus etmişdir.İnsanlar arasındakı ayrı seçkilik heç də yaxşı hal deyil.

Fəradi-yə 2018-04-24 21:32:10

Bakılıların 80 %-i bunların üzündən Bakıdan xarici ölkələrə köçüb....Bakılılara isə (əsl,dədə-babası Bakılı olan) vəzifə verən var? Bütün yerlər belələri tərəfindən zəbt edilib.Onlar da səviyyəsiz olduqlarından belə hallar baş verir və verəcək.Güman Allaha qalıb.

Analitik 2018-04-24 21:32:10

Burada mesele dushunce ve seviyye sohbetidir.. Sheherin de vicdanlisi ve intelektuali var, rayonun da.. Ancaq illerdi bu derecede rayon ve kendleri bir shehere-Bakiya yigmagin fesadlarini sheher de chekir, ele derk eleyen rayon, kenden gelenler de.. Ortada qlobal krizis yaranib, gormemishlikler bash alib gedir..maddi ehtiyaclar tesirinden de, hormet, norm. davranishlar itib gedir!.. Veziyyetin 1-ci tebii nizam yolu rayonlarda ve kendlerde gozutox ziyali kadrlari orada rehberliye getirmek zeruruyyetidi..

Cavadov Rəsul 2018-04-24 21:32:10

Çox ehtimal ki, bu da papanın ərköyün balası,papası isə ....Axı bunlar görmədikləri günü burada görürlər.Sonradan görən necə olmalıdır ki? Günah belelerinə vəzifə verənlərdədir....Azərbaycanı hər yerdə biabır edirlər.Allah öhdələrindən gəsin! Gələr inşaallah!l

Kəndli Sevdimyan 2018-04-24 21:32:10

Ermənistan və Gürcüstanda hələ Sovet dövründə erməni və gürcü dilini mükəmməl şifahi və yazılı bilməyən dövlət işinə qəbul edilmirdilər. Axı, bu gözəlçə sərv boyu ilə niyə sıxılmalıdır. Modelyer göstəriciləri və istedadı şəkillərdən hiss edilir. Hazırda kəndlərdən nəinki Bakıya, rayon mərkəzlərinə gələnlərin sayı on dəfədən də çox azalıb. Respublika əhalisinin 48%-i Bakı və Abşeronda yaşayır!

Radar 2018-04-24 21:32:10

Bu xanima en gozel cavabi resid mahmudov verdi dedi ki rayonlular bakiya gelene kimi burdakilar(tebii ki ekseriyyetine olmasada coxuna aiddi) qus ucurdurdular ayaqyalin tinlerde dururdular.en azinnan bir tualetin bir mehelle ucun yox bir ev ucun olmagini da rayon camaati gozel gorkemli evler tikmekle gosterdi bu bosbogaz xanima

BİR DE BUNLAR ERMENİ-XAİESDİRLƏR: 2018-04-24 21:32:10

TEMİZ BAKILI YOXDUR- TEMİZ BAKİLİLARİ ERMENİLER 1905-18 İLLERDE TAM QİRİBLAR...

BUNUN ÖZÜ .... 2018-04-24 21:32:10

.... DEDESİNİ DE REİS EDİB ÖZÜNÜ DE...

....ОЛМАГ! 2018-04-24 21:32:10

YOXSA "ÇASTPİK" YAZMAQ!

Veteran 2018-04-24 21:32:10

Bedbext insan! Allah agil versin sene!

t.ədalət 2018-04-24 21:32:10

Lalə Babayeva tərbiyəsizlik edib.İş ondadır ki,onu hələ də işdə saxlayan müdir ondan da böyük qəbahətə yol verir."Şəhərli","kəndçi" sözlərini, vaxtı ilə Bakıda ermənilər işlədirdi.L.Babayevanın şəcərəsini yoxlasalar,pis olmaz..

Humbet 2018-04-24 21:32:10

Seni hakk edenler deyil , hakk etmeyenler .....

EMİN 2018-04-24 21:32:10

HEC ZAT BİNA DEYİBLƏR DA BƏ?

cefer aqa 2018-04-24 21:32:10

onun özünü çaspik salasan metroya,qatarda tuneldə 5 dəqiqə gözləsin

Ayten 2018-04-24 21:32:10

Allahin isine bax,k.... pulunun hesAbina kef cekenler indi durub kendden gelenleri tehqir edirler. Bir seyi unudurlR ki sen kendden gelen....

AAgahuseyn 2018-04-24 21:32:10

L.Babayeva sənin atan sement zavodunda dəlləklik edəndə biz BAKINI qururduq indi xeyirin sən və atan ğörür.O pulların hesabına şellənirsən. Şellən cücəni payızda sayarlar.

London 2018-04-24 21:32:10

Soz tapa bilmirem demaye, bunun dushuncesine bir bax.Rus dilin oyrenmisen,qet insanliqda oyren!

Alı 2018-04-24 21:32:10

Bütün kənddən olanlara, xüsusən YURNALİSTLƏRƏ SƏSLƏNİRƏM--Artıq neçənci dəfədir ki, Bakılı- rayonlu söhbətı ortaya atılaraq əyalətdən olanlar həyasızcasına aşagılanır.Özüdə bu qələti kifayət qədər vəzifəli, yaxud vəzifəlilərin övladları, nisbətən məhşurlar edir.Odur ki, elə indidən başalayaraq bütün imkanları səfərbər edərək kütləvi şəkildə belələrinin üstünə getməli tutduqları postlardan rədd etdirənə qədər mübarizə aparılmalıdır.Bir dəfə olsa da burunları ovulsalar bu təkrarlanmaz.HAYDI BAŞLADIQ!!!!!!!!

miri 2018-04-24 21:32:10

Məmləkət qalib .........

sevda agakiwiyeva 2018-04-24 21:32:10

coxsunun ureginden keceni yazib...tebii ki hamiya aid deyil,amma mawallax milletin qiryet damari tutanda yaman olur,esasda komp arxasinda)

Yavər 2018-04-24 21:32:10

Ondən hər şey gözləmək olar.İntelektdən uzaq,ərköyün,zəhmətsiz, vəzifəyə papası yerləşdirib.Allah bilir ..

cəngərlik sakini 2018-04-24 21:32:10

sənin qəlbində erməni məhəbbəti var.Çün ki, LALƏni lalaya dəyişmisən...

Son yazılar