Cəlilabad sakini həmkəndlisini bıçaqlayıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, həmkəndlilər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı bir nəfər çoxsaylı bıçaq xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hər iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar