"İŞİD praktiki cəhətdən məhv edilib" - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD praktiki olaraq məhv edilib.

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Fransanın dövlət başçısı Emmanuel Makronla birlikdə keçirdiyi mətbuat konfransında vurğulayıb.

Birləşmiş Ştatların dövlət başçısı qeyd edib ki, ABŞ tezliklə Suriya ilə əlaqədar əhəmiyyətli qərarları qəbul etməlidir.

"Biz İŞİD-i prakiti olaraq məhv etmişik və tezliklə ən vacib qərarları qəbul edəcəyik", - deyə Tramp qeyd edib.

ABŞ lideri mətbuat konfransında həmçinin Birləşmiş Ştatların hərbi birləşmələrinin Suriyadan çıxarılması istəyini də bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar