SARKİSYAN HAKİM PARTİYADAN DA GETDİ! - "Ölkədə sülh və sabitlik naminə..."

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.

Partiyaya hələlik yeni sədr seçilməyib.

***

Ermənistanda hakim koalisiya dağılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.

Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik”.

Bu arada Ermənistanın paytaxtı Yerevan şəhərindəki Respublika meydanında yenidən mitinq başlayıb.

Etiraz aksiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları aprelin 25-də vətəndaş itaətsizliyi aksiyasını bərpa ediblər.

Onlar Serj Sarqsyanın baş nazir postundan getməsindən sonra müvəqqəti hökumətin də tam tərkibdə istefa verməsini tələb edirlər.

***

Ermənistan paytaxtı Yerevanda nümayişçilər Respublika Meydanına toplaşmağa başlayıblar. Burada saat 11:00-da müxalifət lideri, deputat Nikol Paşinyanın rəhbərliyi altında etiraz aksiyası keçirilir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Xatırladaq ki, N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirirək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib.

Müxalifətçi aprelin 25-də etiraz aksiyalarını davam etdirməyə və republikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib.

Yerevanda etirazçılar paytaxtın bir neçə mərkəzi küçəsini bağlayıblar, təhlükəsizlik qüvvələri və xüsusi vasitələrin əraziyə toplaşması müşahidə olunur.

Müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan etirazların davam edəcəyini açıqlayıb və bu gün saat 19:00-da Respublika Meydanında mitinq keçiriləcəyi elanını verib. O qeyd edib ki, nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir.

Polis müxalifətin mitinqinin keçirildiyi Respublika Meydanı ərazisindəki bütün hökumət binalarına nəzarəti ələ alıb.

Parlamentin "Tsarukyan" müxalifət fraksiyasının katibi Vaqe Enfiacyan "Facebook" səhifəsində etiraz aksiyasına qoşulduğunu yazıb və partiya yoldaşlarını da hərəkata dəstək verməyə çağırıb.

635x100

Şərhlər

Fikir 2018-04-26 12:10:00

Ümid qardaşlm xalqln yarall yerine toxundun coxxx tesüfki bizimkilerde bele düşünce yoxdu v......

ümid 2018-04-26 12:10:00

BİZİMKİLƏR NƏ VAXT KİŞİ KİMİ İSTEFAYA GEDƏCƏKLƏR.DÜŞMƏNLƏRİMİZ AĞILLIDIRLAR ƏSASƏN DƏ SARKİSYAN. MİLLİ MAARAQ NAMİNƏ QARABAĞ NAMİNƏ İSTEFAYA GETDİ..

oxucu 2018-04-26 12:10:00

Kremlin AGENTI Narishkin, kechen 2 - 3 gunlerde, TECILI Bakiya gelmishdi... ve Kremlin diger AGENTI Patrushev, TECILI - GIZLI, Yerevana gedib..., chunki, Putin, BUTUN RIYAKAR METODLARDAN istifade ederek, Ermenistanda XALQ INQILABINA MANE OLMAQA CHALISHIR... S. Serkisyan DUZGUN - HIYLEGER qerar ile, ISTEFAYA GETDI hem bash nazir vezifesinden ve hemchinin hakim partiya sedri vezifesinden, chunki, MENIMSEDIYI MILYARDLARLA DOLLARLARI OZU UCHUN SAXLAMAQ NAMINE... Putin Azerbaycan xalqina QARSHI TEHLUKEDIR ...

G.M 2018-04-26 12:10:00

Ermənistanda daşnaksütun Beynəlxalq Terror təşkilatının tərkibi olmaqla ermənilərin milli partiyasıdır.Və SSRİ dönəmində də erməni millətçiləri Fransada,ərəbstan ərazisində uzun illər bu partiyalarını qoruyub saxlayıblar.Əgər ``daşnaklar`` sarkisiyanın partiyasından ayrıldısa ,bu artıq sarkisyanın ``süqutudur``.Azərbaycanın milli partiyası Müsavat isə hafiz hacıyev səviyəsinə endirilməklə məhv edilib.

Vətəndaş 2018-04-26 12:10:00

Onlarda Pespublikaçılar, bizdə isə YAP parlamenti müsadirə ediblər.Ən maraqlısı iə odur ki, hansı naziri,nazirliyi.Komitəni tərpətsən altından su çıxır.

Shil 2018-04-26 12:10:00

talançı məmurlar nə vaxt gedəcək.

t.ədalət 2018-04-26 12:10:00

Deyəsən,Rusiya barmağını işə salıb.Agentura şəbəkəsi demokratiyanın bərqərar olmasından narahat olur.Axı,demokratiya olan yerdə Jirinovskinin Yerevandan Moskvaya metro çəkmək kimi cəfəngiyatına kim inanar?

Bashirov Qarib 2018-04-26 12:10:00

Nəzərə alınsa ki, hakim Respublikaçılar partiyası 58% mandata sahibdirlər, onda, Ermənistanda siyasi vəziyyətin böhranı davam edir,deməkdir.Yeganə yol həqiqi parlament srçkiləridir.

Son yazılar