ASAN XİDMƏTDƏN NAZİRLİYƏ DAHA 4 TRANSFER - KTN-də yeni təyinatlar

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha 4 təyinat həyata keçirib.

Teleqraf.com xəbər verir ki, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.

Qeyd edək ki, bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilmişdi.

***

[caption id="attachment_413445" align="alignleft" width="292"]

Anar Hüseynov[/caption]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.

"Report"un məlumatına görə, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Anar Hüseynov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Xatıladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Prezident İlham Əliyevin aprel ayının 21-də imzaladığı sərəncam ilə vəzifəsindən azad olunub və Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.

635x100

Şərhlər

Lelexan 2018-04-25 18:04:16

Amerika kimi superguc dovletde bir cavan kadr yoxdu cunki dovleti herzaman tecrubeli insanlar idare etmelidi.bizdede hami deyir cavan cavan amma neticesini dusunmek istemirler

NURəddin 2018-04-25 18:04:16

DEYİRƏM FİKİR VERİRSİNİZMİ,BAŞQA ÖLKƏLƏRDƏ HÖKUMƏT ÜZVLƏRİ ELƏ YAXŞI YIXILIB ÖLÜRLƏR Kİ.VAXTINDA VƏ ÜZÜSULU.BİZİMKİLƏRİN YAŞI 600-Ü KEÇİR BİRİNİN DƏ BURNU QANAMIR.BU ƏZRAİL HARADADIR GÖRƏSƏN?NİYƏ VAXTINDA GƏLİB BUNLARIN QARNINA ŞİŞ SOXMUR?BƏLKƏ DƏ MƏN YEGANƏ ADAMAM Kİ,DÖVLƏT RƏSƏMİLƏRİNDƏN BİRİ ÖLƏNDƏ SEVİNİRƏM.ZƏHLƏM İRİLİ-XIRDALI DÖVLƏT ADAMINDAN GEDİR.DÜZDÜR QOCALARDAN 1-2-si QEYRİ-TƏBİİ YOLLA UZAQLAŞDIRILDI.AMMA BİZ DEMƏMİŞDİK Kİ,...İNDİ DƏ UŞAQXANAYA DÖNDƏRİLSİN

pıs-pısa 2018-04-25 18:04:16

Heydərqulu Əsədov Kənd təsərrüfatını inkişaf etdirmək deyəndə 52 rayonda binalar tikdiyini bəyan etdi və onun rəhbərliyi altında "k/t göydələnlər kimi inkişaf etdi". İndi asan xidmət sayəsində k/t hər bir bitkiyə və heyvana və s. və i. asan avtobuslar asan sənədlər veriləcək.Uraaaaa!! P.S. Daş başına ay Azərbaycan!

sabiq 2018-04-25 18:04:16

qoqilisenki qoqili

Qoqili 2018-04-25 18:04:16

E be neynesinler ki sizi razi sala bilsinler.cavan kadr dediiiz getidiler bakida dogulan dediiiz onu da elediler e siz ne istiyisiz da be ele hey narazisiz

t.ədalət 2018-04-25 18:04:16

Yeni nazir işinə bu cür başlamaqla ilk yarıtmazlığını göstərdi.Halbu ki rəhbərlik etdiyi nazirliyə təcrübəli mütəxəssisləri cəlb etməkdən başlamalı idi.Bu nazirliyin sözçüsü də kənd təsərrüfatı mütəxəssisi olmalıdır.Naziri də qınamalı deyil.Onsuz da indi "atın qabağına ət,itin qabağına ot"qoyurlar..

perviz 2018-04-25 18:04:16

agliniza geleni yazirsiz, hec birinizin de dovletcilik,idare etme anlayisi yoxdu amma ele etiraz xetrine etiraz edirsiz. Demeli Avropada bir cox mudafie naziri qadindi , yaxud amerikada maliyyecini cixarib tehsil naziri qoyurlar. Birdefelik beyninize yeridin ki, Nazir idare edir nazir gedib gubre ekmir, nazirin heç torpaqdan pambiqdan anlayisinin olmasi da o qeder onemli deyil. Esas duzgun idare etme, qanunsuzlugun qarsisin alma ve yeni texnalogiyanin tetbiqi. gedib muxtar dayini qoysalar deyesdiz ela ferme

Vekil 2018-04-25 18:04:16

Bilirsiniz ki Kend tesarufati su ile qidalanan sahedir eyer su yoxdursa onu nece inkisaf etdirmek olar? Ona gore de su melorasiya komutesi mutleq bu nazirliye birlesdirilmelidir bunu muzakire etmek bele yanlisdiqdir! Sonra ise orada isleyen butun iccileri kenarlasdirib hettda rayon sobelerinide yeni kafirlar getirmek lazimdir sonra neye se nail olmaq olar hazirda oradan ifunet dolu korrupsiye qoxusu gelir.

Vətəndaş 2018-04-25 18:04:16

Danışıqdan işə keçmək lazımdır. Mal ətinin kiloqramı 10 manat 50 qəpikdir, qoyun əti 12 manatdır. Bu yöndə iş görmək lazımdır. K/T məhsullarının bolluğunu yaradıb meyvə-tərəvəz, ərzaq və digər K/T məhsullarının uzuzlaşmasına nail olmaq lazımdır.

Müfəttiş 2018-04-25 18:04:16

ASAN-ı idarə etməyə elə bir istedad və bacarıq tıləb olunmur. Kənd təsərrüfatı isə, iqtisadiyyatın ən mürəkkəb sahəsidir.Nəzərə alaq ki son zamanlar emal və lizinq də olara həvalə edilib. İndi dəb düşüb, bütün sahələri bank sektorundan götürülmüş, necə deyərlər pul saymağı yaxşı bacaran kadrlarla doldururlar.Onlar da kresloya əyləşən kimi, bu sahənin mütəxəssislərini kənarlaşdırırlar ki öz bacarıqsızlıqları bilinməsin...

Son yazılar