Türkiyədə 14 terrorçu saxlanıldı

İstanbulda həyata keçirilmiş əməliyyat nəticəsində "İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhə" (DHKP-C) terror təşkilatının 14 üzvü saxlanılıb.

Trend-in məlumatına görə, həmin şəxslər Bir may yürüşləri zamanı təxribatlar planlaşdırmaqda şübhəli bilinir.

Saxlanılanların Türkiyə vətəndaşları olduğu məlumat verilib.

Daha altı terrorçunun saxlanılması üçün əməliyyatlar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar