İsrail səfiri Quba Soyqrımı Memorial Kompleksini ziyarət edib

İsrailin Azərbaycandakı səfiri Dan Stav və səfirliyin əməkdaşları Quba rayonuna səfər ediblər.

Bu barədə APA-ya Quba rayon İcra Hakimiyyətindən məlumat verilib.

D. Stav Quba rayon İH başçısı Ziyəddin Əliyev ilə görüşüb. O, yəhudi icmasının rayonda digər icmalarla sülh və harmonik birgəyaşayışından və əməkdaşlığından məmnunluğunu ifadə edib.

Səfir sonra Qırmızı Qəsəbəyə gedərək yəhudi icmasının nümayəndələri ilə görüşüb.

D. Stav Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib və fəxri qonaqlar üçün kitabda öz qeydlərini yazıb.

Səfir APA-nın yerli müxbirinə bildirib ki, şimal bölgəsinə səfəri çərçivəsində Quba ilə yanaşı, Qusar rayonunda da olub və sabah Xudat şəhərinə səfər etməyi planlaşdırır. O, səfərdə əsas məqsədinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, həmçinin iqtisadiyyat, təhsil, informasiya texnologiyaları sahəsində əlaqələrin inkişafı olduğunu deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar