Rusiya Türkiyə üçün S-400 istehsalına başladı
Baxiş sayı:
Dərc olunub:
25/04/2018 - 15:13
Rusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə "Rosoboroneksport"un rəhbəri Aleksandr Mixeyev deyib.
A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.
O qeyd edib ki, söhbət hələ S-400 tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında S-400 tədarükü üzrə kredit sazişi imzalayıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.