Antalyada Türkiyə və Rusiya iş adamlarının konfransı keçirilir

Antalyada Türkiyə və Rusiya iş adamlarının iştirakı ilə toplantı keçiriləcək.

APA-nın məlumatına görə, aprelin 26-da başlayacaq konfrans “İnkişaf edən Avrasiyada Türkiyə-Rusiya münasibətlərinin gələcəyi” adlanır.

Türkiyənin Beynəlxalq Əməkdaşlıq Platformasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə iki ölkənin iş adamlarının, siyasətçilərinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Siyasi və iqtisadi bölmələrdə keçiriləcək konfransda təhsil, enerji, bankçılıq, inşaat, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrdə iki ölkənin əməkdaşlığının daha da genişlənməsi imkanları müzakirə olunacaq.

Konfransda Azərbaycandan media mənsubları da iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar