Yerevandan Gürcüstan və İrana gedən yollar bağlanıb

Aksiya iştirakçıları Yerevandan Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan-Eçmiədzin yolu bağlı olduğundan əhali hava limanına piyada gedir.

Bildirilib ki, etirazçılar Yerevandan Ermənistan-Gürücüstan sərhədində yerləşən Baqrataşen gömrük məntəqəsinə gedən yolu da bağlayıblar.

Bundan başqa, aksiyaçılar Ermənistan-İran sərhədinə gedən Yerevan-Meğri yolunu da kəsiblər. Ölkənin şimal-şərq istiqamətinə - Sevan, İcevana gedən yol da etirazçılar tərəfindən bağlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar