“TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən – yolda alıb. Bu barədə “AzPolitika.info”ya nazirə yaxın mənbə bildirib.

Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. “Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı” – mənbə bildirib.

Mənbə həmçinin əlavə edib ki, “çox mötəbər” adamların təskinliyindən sonra S.Müslümov bir qədər sakitləşib.

Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin yenidən formalaşdırılması zamanı gözlənilmədən Səlim Müslümovu istefaya göndərib, onun yerinə 38 yaşlı bir gənci – Sahil Babayevi təyin etmişdi.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

YELPELENG 2018-04-25 18:29:23

EH ,SELIM BELE QELDI,HADI BELE QETDI......15 IL YEYIB ,INDI DOWUYUNQELSIN,NE XEYRI.

pensiyacı 2018-04-25 18:29:23

olmuş təxminən 6 ay muddətində istintaq altında olaraq dustaqlıq həyatı yaşamışdı. ancaq bu məlumat onun dost və qohumları tərəfindən yayımlanan səlimin görkəmli alim olması haqda məlumatlarda bu haqda hec nə deyilmir. məncə beləsi alim olsada əgər onun biliyi bacarıgı xalqına bəla soygunculuq baş alcaqlıgı gətirirs onun alimliyi özünə qalsın.mən isə cəsarətlə deyərəmki onun alimliyi xalqın dövlətin mənafeyinə rifahına yox özünün qohumlarının rüşvət və dövlət malını mənimsəməkləvarlanmalarına xidmət edib.

pensiyacı 2018-04-25 18:29:23

səlim muslumov utanası adam deyil o sənətkar.... beləki ruşvətdən başqa mənimsənilən 2.5 milyard vəsait onun qurdugu yaratdıgı sistem və dəstə tərəfindən illərlə ogurlanıb.cəzasızlıq muhitindən şirniklənən səlim və dsmf dəki qohum dost quldur soyguncular mıhkəm arxayıncılıq icində soygunculuq edib istədikləri kimi hərəkət edirdilər. bir necə ay bundan qabaq bu saytda gedən məlumata görə təxminən 1999 2000 ci illərdə səlim şəkili bəşərin bankında işləmiş milyonların yeyintisinin iştirakcısı

pensiyaçı 2018-04-25 18:29:23

Görəsən Səlim bəy bu kommentləri oxuyub nə etdiklərinin xəcalətini çəkirmi? Çəkmirsə,deməli onda utansı sifət də yoxdur. O heç kimdən şikayətlənməsin.Kasıb təbəqəyə etdiklərinə görə onu hələ çox gec cəzalandırdılar.İnşaallah haram yığdıqlarını da əlindən alarlar.Onda o yalnız anlayar ki,nələr edibmiş.

pensiyacı 2018-04-25 18:29:23

dsmfdə umumi şöbədə şöbə müdiri ucün onların diliilə desək şəffaflıgı təmin etmək ucun şəffaf materialdan bir budka quraşdırılıb şöbə mudiri orada oturur tələb etdiyi pulu almaq ucun stolun üstəki sənədlərin bir tərəfini qaldırır və gözü ilə oranı göstərir.alış verişdən sonra mudirin kefi kökəlir və cox böyuk hörmətlə soydugu adamı və ya arada işləyən öz adamını yola salırvə soydugu hərbicinin qanpulunu sayıb yeməyə tələsir. bu da bir epizoddur dsmf məmurlarının iş günlərindən.

pensiyacı 2018-04-25 18:29:23

munir əhmədov kimi dsmf huquqşünası öz bildiyi kimi istifadə edir pul ödənəcək şəxslərə maksimum kələk gələrək daha cox pul qoparmaga calışırlar.bu işlər on illərdir davam edir və bu adamların kəlir mənbəyidir. bu adamları pensiyaların muqəddəsliyi işgal altında olan torpaqlarımızın qaytarılması maraqlandırmır.əgər maraqlandırsaydı bu dəstənin uzvləributun bilik və bacarıqlarını hərbicilərə məhkəmələr tərəfindən verilmiş pensiyaməbləglərinin muxtəlif usullarla əllərindən alınmasına yönəlməzdi.

pensiyacı 2018-04-25 18:29:23

yeni nazir də bilməlidirki qayda qanunu bərpa etmək ücün dsmfda səlimin quldurları agalar munir və onlarla illərdi orada yurd salmış dəstə oradan ketməli və bu xalqa etdiklərinə görə cavab verməlidirlər.cəzasız cinayət ola bilməz tezi geci olur.əgər dsmf də köklu kadr dəyişikliyi olmasa hec nədən danışmaq olmaz.görün bu insanlar nə dərəcədə harınlayıblarsa pensiyacıların aldıgı pensiyanı onların əlindən almaga min cür kələk qurur hətta məhkəmə qətnamələrində ola bilən texniki xətalardan munir kimi

pensiyacı 2018-04-25 18:29:23

siz görün dövlətin necə bir mühüm postu etibar etdiyi muslumov uzdə ... dövlətə dövlətciliyə prezidentə sədaqətdən danışır özunu reklam kampaniyası aparır əslində isə öz varlanması xatirinə dövlətə xalq tərəfindən dəstəklənən prezidentə xalqa xəyanət edir. muharibə gedən ərazisinin 20 faizi işgal altında olan dövlətin zabitlərinin məhkəmələr tərəfindən verilmiş pensiyalarını öz qurdugu dəstə vasitəsilə mənimsəyir ordu zabitlərini pensiyacıları dövlətdən narazı salırbu nədeməkd

pensiyacı hərbici 2018-04-25 18:29:23

prezidentimizin cox mudrikliyi düzgün və balanslaşdırılmış xarici daxili və kadr islahatları nəticəsində belələri vəzifədən azad olunur və layiqli cəzalarını alırlar.hələ bir bunların acgözluyunə baxki bu gunku mətbuatda gedən xəbərə görə dsmf dəisdedadsız artistlik edən muslumovun rəhbərliyi vaxtı 2.5 milyard yeyintiyə mənimsəməyə yol verilib buda yoxlamalar nəticəsində aydınlaşıb və yuxarı instansiyalara məlumat verilib.görön bu soyguncular xalqın başına nələr acırlar dövlətimizə hansı ziyanları vururlar.

amazon 2018-04-25 18:29:23

Səlim Müslümovun fəaliyyəti ancaq pensiyaları kəsmək, müvinətləri kəsmək,pensiya yaşını qaldırmaq oldu.Camaata bir qara qəpiklik xeyri dəymədi.

Amona yazana 2018-04-25 18:29:23

Tebii ki selim muslumov verib o selahiyyeti ancaq o da verilen selahiyyetlerden cox istifade eledi.yeni demek istediyim odurki eger selim muslumov gedib ejder cebiyev vezifesinde qalacaqsa demeli selim muslumov helede o nazirlikdedi

Amona 2018-04-25 18:29:23

Nazirlikde hech kesi saymamaq selahiyyetini Ejder Cebiyeve yeqin men vermishdim Selim Muslimov yox.

Samaxiliya 2018-04-25 18:29:23

Ay ... o day-dayin mashin surmeyinden getmir sohbet.O mashina verilen pulun menbeyinden gedir sohbet.

Samaxili 2018-04-25 18:29:23

Ay Ağsulu qaqas, eyer ki o day day 83 yashinda her gun mashin surure bilirse halaldir ona

hərbici pensiyacı 2018-04-25 18:29:23

köcürmə edirdilər.bu dediklərimiz onların soygunculuqlarının cuzi bir hissəsidir. onların əməlləri hüquq mühafizə orqanları tərəfindən araşdırılsa görün nələr cıxar ortaya.bu işlər hamısı birbaşa səlim muslumov fondun sədri olanda olub və bu gundə davam edir. cunki bu adam fondu qohumlarının təşkilatına cevirib və hec bir vəhclə əldən buraxmır.o özünü daim reklam edir nazirlikdə muxtəlif oz işcisini işdən cıxarır şikayətcini işə qəbul edir. ancaq nə etsədə onun törətdikləri mudrik prezidentimizin cox düzgun

Amon 2018-04-25 18:29:23

Selim Muslumovun ustune dusmusuz hec aparat rehberi Ejder Cebiyevden danismirsiz cunki melumatli deyilsiz yeqinki nazirin butun muavinlerini ofsaydda saxlamisdi tek ozu baxirdi butun islere ister kadr olsun istersede diger isleri yalniz ejder cebiyevin istediyi meblegi versen is duzelecek.nazirliyi bazara cevirmisdi.emek nazirliyindeki rusvetxor memurlarin hamisi aldiqlari pulu cebiyev ejdere veribler.cenab sahil babayev ejder cebiyevi vezifeden azad etmeseniz bu sizin ucun hecde yaxsi imic qazandirmiyacaq gelecekde cunki o ve dsmf suraxani rayonu sobesinin mudiri olan qardasi sahali cebiyev ..

hərbici təqudcu 2018-04-25 18:29:23

onlar öz əlaltıları vasitəsilə daha yuksək rutbəli və vəzifə tutmuş zabitləri axtarıb tapır onlarla razılaşirlarki məhkəmədə mane olmayacaqlar 2ci instansiya və ali məhkəməyə verməyəcəklər ancaq məhkəmə qətnaməsilə veriləcək vəsaitin hamısı onlara catmalıdır. belə razılıq olmayanda var güclərilə haqq işə hər vasitə ilə mane olur hər vasitə ilə vəsitin şikayətciyə verilməməsinə calışırlar. ən azından bunu edə bilmədikdə vəsaiti sahibinə birdəfəyə vermirlər aylara bölurlər onlar lazımi məbləgi aldıqda birdəfə

hərbici pensiyacı 2018-04-25 18:29:23

bu insafsızlara dsmfnin akulaları deyirdilər.dsmf məhkəmə qətnamələrini yerinə yetirərkən pulu zabitin şəxsi hesabına köcürən kimi öz əlaltıları vasitəsilə həmin adamı tapıb pullarını tələb edirdilər.yenədə təkrar edirəmbutun huquqi işlərə əslində huquqa zidd işlərlə məşqul olam munir rəhbərlik edirdi yəqinki indidə ordadı. dsmf də necə direktor necə( hərbi qulluqcularla iş departamenti)şöbə mudiri dəyişsədə munir dəyişmir səlimin qohumu qaynı ya teznəsi aqalar xasayev dəyişmir.

hərbici təqaudcu muharibə veteranı 2018-04-25 18:29:23

bilmirəm bu şərhi niyə hələki vermədiniz. ancaq bu dəstənin soygunculugunun yuzlərlə zabitin soyulması var və yenədə deyirəm bu işlər əsasən huquqşunas munir vasitəsilə həyata kecirilirdi. onuda qeyd edimki təxminən bir il bundan qabaq sizin saytdada dsmf da məhkəmə qətnamələrilə pensiyaları bərpa olunan zabitlərin dsmf də necə soyulması haqda məlumat ketmişdi.əgər bunlar verilsə daha cox məlumatlar verə bilərəm. mən dsmf ilə 3 il məhkəmə cəkişmələrində olmuşam.

patriot 2018-04-25 18:29:23

Yaxşi müslüm ğetdi bəs oqurladiqi xalqin pullari necə olacaq ?

muharibə veteranı hərbici pensiyacı 2018-04-25 18:29:23

səlim və onun sosial mudafiə fondundakı quldur qohumları və əlaltılarının huquqşunas munir əhmədov kimi pulyıganlarının azərb. ordusunun zabitlərinin başına acdıgı oyunları hec bir şeylə muqayisə etmək olmaz. bu quldurlar məhkəmələr vasitəsilə zabitlərəbərpa olunaraq verilmiş pensiya məbləgininhamısını yaxşı halda 70 faizini onların əlindən alırdılar butun işlərdə munirin əli ilə gorulurdu.

Hafiz 2018-04-25 18:29:23

Səlim getdi, qaldı Hadı.

Ağsulu 2018-04-25 18:29:23

Səlim Müslümovun Yanvar adlı atasının 83 yaşı var.İki Rance Rower markalı avtomobili var bu kişinin.Həftənin tək günləri ağ rəngli,cüt günləri isə qara rəngli avtomobili sürür. Allah səbr versin.Amin!!!

Q.Tahir 2018-04-25 18:29:23

Mən sənin etiraf etdiyin kimi ən təmiz işçin olsam da Ziya Məmmədovun tapşırıgı ilə haqsız olaraq məni işdən azad etdin və "kişi kimi" söz verdin ki məni işsiz qoymayacaqsan.Zaman sənin necə "kişi"oldugunu sübut elədi.Sən məni Ziyanın sözü ilə cixardın, səni istədikləri kimi istifadə edib məhz Ziyaya görə də ... atdılar.ALLAH götürməzdı axı.O qədər .... ki Ziya çıxandan xeyli sonra da Ziyanın tərəfini tutur ayaga qalxacagindan dəm vururdun.Sən həm də xəyanətkarsan Səlim.

Arif 2018-04-25 18:29:23

SƏLİM BU MİLLƏTƏ çox zülm etdi və bunun nəticəsini hələ gələcək nəsillər çəkəcək. Yığım fondunda lazımi qədər vəsait yoxsa pensiya almamalısam bəs necə yaşamalidır Səlimin nə vecinə idi ki ondan olsa o insanlari güllələmək lazımdır PREZDENTİMİZƏ BU QƏRARINA GÖRƏ TƏŞƏKKÜR EDİREM Bele bir gün inşallah Hadı üçün olar Amin

oxucu 2018-04-25 18:29:23

44 il bu hökümətdə çalışmışam,fəhlədə işləmişəm,ETvəLAE İnsitutunda baş mütəxəssis fəzifəsində çalışmışam aldığım təqaüd 250 manat indi qalan ömrümü qəpik saymaqla yaşamalıyam

Fizuli 2018-04-25 18:29:23

Allahdan isterem ki,onun butun var devletini evini ewiyini elinden alib ayda 200 manata mohtac olsun ki,QOCA ve ELIL teqaudculerin ne gunde yawadiqini eyani olaraq bilsin bu ... memur

G.M 2018-04-25 18:29:23

Görəsən yaxasındakı ``znaçoku`` hələ açmayıb ki..abutalıbovdan sonra ikinci yerdə olan aferist.Yoxlama dəqiq olsa onu Büdcəyə,Xalqa elədiyi hamını şoka salacaq.

İ.Mustafaoğlu 2018-04-25 18:29:23

Səlim Müslümov haqqında cənab Prezidentimizin sərəncamı yalnız alqışa layiqdir. Onun qanunsuz yolla əldə etdiyi milyonlar əlindən alınmalıdır,çünki gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidir.

qabil 2018-04-25 18:29:23

Prezident COX DUZKUN QERAR VERDI. COX SAQ OLSUN

Bashirov Qarib 2018-04-25 18:29:23

Nə qədər təkəbburlu olasan ki,törətdiyin əməlləri-on minlərlə adama zulm edəsən,insanları prezidentin ustunə qaldırmaga çalışasan ,özun də arın -arxayın olasan ki,bu əməlləri heç kimsə anlamaz.

Əkbər 2018-04-25 18:29:23

səlim-hadiyə sual: hansı hökümətdə hansı məntiqlə pensiya artımı illik infilyasiya ilə (əgər inifilyasiya %-i doğrudursa) deyil, maaş artımı ilə artırılır.Belə çıxır ki infilyasiya %-i nə qədər olursa olsun dəxli yoxdur, yəni istehlak mallarının qiyməti nə qədər artsada hökümət maaşları artırmasa pensiya artmayacaq. Razıyam bütün məsuliyyət səlimin, hadinin üzərinə düşmür, lakin bunlara ağacın bir budağın kasməyi deyirlər bunlar isə hakimiyyətə yararlanmaq üçün ağacın bütün budaqlarını kəsirlər.Xalqı hökümətdən narazı salan bir nömrəli nazir və deputat. Hökümət cəzanı verdi, İNŞALLAH pensiyaçıların da ah-naləsi sizi tutacaq.

Pensiyaşı 2018-04-25 18:29:23

Allah haqsızlı]ı cəzas;z qoymur. Bir az tezi-geci var.Müslümov bu 15 ildə mwavinət və pensiya alanlara ciddi zərbə vurdu və çox varlandı.Pensiyaçıların ahı onu haqqına tutdu. İnsan gərək özünə hörmət qazansın,qarğış yox!Ona haqdır.İnsan 45-50 il işləyib,dövlət vergi verib.Bu halda ona 150-200 manat pensiya verməyin nə demək olduğunu bilirsinizmi? Onu da kommunal xərclərə və həkimə,dərmana verdikdən sonra 30 gün insan necə yaşasın. Müslümov Hadı ilə bunu düşünə bilmirdilər?

Anar 2018-04-25 18:29:23

Şirvanlı nə karədir ki, gəıib nazir ola.Vəzifə üçün gedin pasportunuzu dəyişin.Birdəfənlik bunu qulağınızda siyırğa edin.

Insan 2018-04-25 18:29:23

Birce ay pensiye ile yasasin gorek yasaya bilecekmi.

xatire 2018-04-25 18:29:23

Teze gelen ele olacaq ki S.Muslumova sukur deyessiz.

RAMIZ 2018-04-25 18:29:23

YƏQİN YA İNUSULT VƏ YA İNFAERK OLUB.VƏZİFƏDƏ BİR ŞEY DEYİL.

sual 2018-04-25 18:29:23

Hörmətli redaksiya, yazılarınızın əksəriyyətində başlığa müvafiq, onun mahiyyətini açıqlayan, effektini gücləndirən illyüstrasiyaları necə əldə edirsiz??? ........)))))))))))))))

aqa cefer 2018-04-25 18:29:23

təqaüdcilərin ahı tutdu onu

Müfəttiş 2018-04-25 18:29:23

Otellodan

NURəddin 2018-04-25 18:29:23

BU GÜNLƏRDƏKİ MƏZHƏKƏYƏ BAXANDA SEHİRLİ XALAT FİLMİNDƏKİ ƏYANLAR YADA DÜŞÜR.DEDYİRSİNİZ Kİ, MÜSLÜMOV ÇOX BÖYÜK SARSINTI KEÇİRİB.DEYİLƏNƏ GÖRƏ ABİD ŞƏRİFOV XƏBƏRİ EŞİDƏNDƏ RABİTƏSİZ İFADƏLƏR İŞLƏDİB VƏ QUSUB. ERTƏSİ GÜN ÜZƏRİNƏ BƏLA ENİB. YALAN-GERÇƏK İNDİ DƏ XƏSTƏXANADADIR DEYİRLƏR.ALLAH GEC EDƏNDƏ GÜÇLÜ EDƏR. HÖRMƏTLİ AZPOLİTİKA BELƏ XƏBƏRLƏRİ BİR AZ BOL ELƏ.QOY XALQIN ÜRƏYİNDƏN TİKAN ÇIXSIN. ÖLKƏDƏ ÜRƏYİ TİKANLA DOLU OLANLAR DOLUDUR.

R-n 2018-04-25 18:29:23

Bu adami shexsen taniyiram.Belelerini nece tapib tegdimat verirler,basha dushe bilmirem.R.Mehdiyev bunu niye yada salmayib,bash acmali deyil.Bu adamin butun heyati plagiyatdir,bilmirem azeri milletinin gunahi nedir ki,bu adam bu geder geddar olub milete garshi?..

Millet 2018-04-25 18:29:23

Azerbaycan memurlarinin icinde sElim qeder ..... memur yoxdur.ALLAH butun teqaudculerin aqri acisini derdini problemini xesteliyini ona yuklesin INWAALLH.Olum hayifdir yuz il yawasin derd bela ile pensionerlerin AHI tutsun o ...AMIN!!!!!!!!!!!!!!!!

t.ədalət 2018-04-25 18:29:23

Deyilənə görə pensiyaçıların arasında yüz minlərlə ölü canlar yerləşdirilib.Bütün pensiyaçıların bir yerə cəmlənməsi də S.Müslümovun bu istəyindən irəli gəlib.Bir bank,bir cədvəl üsulu ilə xeyli vəsait oğurlanıb.Deyilənlər,təki yalan olsun.Yəqin yoxlamalar bunu aydınlaşdırar..

Ərtoğrul 2018-04-25 18:29:23

Nə vecinədir Səlim Müslümoviçin. Onun, Aydın Əliyevin, Fazil Məmmədovun, Kəmaləddin Heydərovun, Zakir Qaralovun, Fikrət Məmmədovun, Ziya Məmmədovun pulları, sərvətləri, obyektləri, var-dövlətləri nəinki milyonlarla, milyardlarla ölçülür. Onların hamısını çıxarıb işlədikləri dövrün bütün maliyyə fəaliyyətləri ilə yanaşı digər fəaliyyətləri yoxlanılıb yığdıqları əllərindən alınıb Dövlətin hesabına keçirilməlidir. Onda bu olar korrupsiyaya qarşı mübarizənin başlanğıcı.

Son yazılar