"Tsarukyan" Nikol Paşinyanın namizədliyini dəstəkləməyəcəyini açıqlayıb

"Tsarukyan" bloku Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatına qoşulub, lakin bu, onun ölkənin baş naziri vəzifəsinə namizədliyinin qeyd-şərtsiz dəstəklənməsi demək deyil".

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bunu fraksiyanın katibi Vaqe Enfiadjyan deyib.

"Biz ölkənin ikinci siyasi qüvvəsini təmsil edirik. Biz Nikol Paşinyanla deyil, xalqımızla birlikdəyik və xalqdan aldığımız səsləri heç kimə verməyəcəyik", - o deyib.

Qeyd edək ki, "Tsarukyan" bloku ölkə parlamentində 31 deputatla təmsil olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar