“Yenidən müraciət etməyə məcburam...” - Serj Sarkisyan

Ermənistanın üçüncü prezidenti, Respublikaçılar Partiyasının lideri Serj Sarkisyan partiyasının parlamentdəki fraksiyasına və deputatlara müraciət ünvanlayıb.

Virtualaz.org xəbər verir ki, müraciətdə deyilir:

“Mən yenidən sizin vasitənizlə xalqımıza müraciət etmək məcburiyyətindəyəm. Siyasi proseslərə qarışmaq istəməsəm də, indi hesab edirəəm ki, bunu etməliyəm.

Sizi özümlə görüşə dəvət edirəm ki, istefamın səbəblərinin təfərrüatlarını açıqlayım. Ölkənin inkişafı naminə mən sizə partiyamızın gələcəyi, onun yeni rəhbərliyi və islahatların zəruriliyi barədə təsəvvürlərimi çatdırmaq istəyirəm.

Sizi sülh və sabitliyi müzakirə etməyə dəvət edirəm. Görüşü ERP fraksiyasının rəhbəri təşkil edəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar