«ABŞ İranla nüvə sazişinə yenidən baxmaq niyyətində deyil» - Dövlət Departamenti

qosdep«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə,Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Kristofer Ford Cenevrədə keçirilən mətbuat konfransında bəyan edib ki, ABŞ İranla bağlanmış nüvə sazişinə yenidən baxmağa hazırlaşmır, ancaq ona əlavə daha bir saziş işləyib hazırlamağa ümid edir.

«ABŞ bu məsələ üzrə yenidən danışıqlar aparmağa və ya onun şərtlərini dəyişməyə hazırlaşmır. Biz, sadəcə əlavə qaydalar və məhdudiyyətləri nəzərdə tutan əlavə razılaşma axtarırıq» - deyə, Kpristofer Ford bildirib.

Onun sözlərinə görə, ABŞ İranla bağlanmış nüvə sazişində qalır ki, onun çatışmazlıqlarını aradan qaldırsın.

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşdən sonra bəyan edib ki, İranın nüvə proqramı üzrə yeni sazişin üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, yeni saziş 4 maddəni nəzərdə tutacaq: 2025-ci ilə qədər İranın nüvə proqramını bloklamaq, ixtiyari nüvə aktivliyi üzrə daha uzunmüddətli qadağa, İranın ballistik proqramının dayandırılması və bölgədə siyasi sabitlik üçün şəraitin yaradılması.

Açıq-aşkar görünür ki, sadalanan 4 şərt sanki İsrailin diqtəsi altında formalaşdırılıb. Yoxsa ki, sözügedən bölgədə siyasi sabitliyin yaradılması məsələsinin Fransa və ABŞ-ı bunca maraqlandırdığı inandırıcı görünmür. Əksinə, hər iki ölkənin Suriyanı növbəti dəfə raket atəşinə tutması bir daha göstərdi ki, onlar Yaxın Şərqdə siyasi sabitliyin bərqərar olmasında maraqlı deyillər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar