Avropa İttifaqının ən borclu ölkəsi - SİYAHI

avropa ittifaqi 28«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa statistika agentliyi «Avrostat» Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən çox dövlət borcu olan ölkələrin siyahısını dərc edib.

Ümumi daxili məhsula (ÜDM) nisbətdə ən çox dövlət borcu olan ölkə Yunanıstandır - 178,6 faiz. İkinci və üçüncü yerlərdə 131,8 və 125,7 faizlə uyğun olaraq, İtaliya və Portuqaliya sıralanır.

Estoniya dövlət borcunun ÜDM-ə nisbəti üzrə 9,0 faizlik göstərici ilə sonuncu pillədə qərarlaşıb.

Sənəddə qeyd olunur ki, 2017-ci ildə ümumilikdə Aİ üzrə dövlət borcunun ÜDM-ə nisbəti əvvəlki illə müqayisədə, azalaraq 83,3 faizdən 81,6 faizə enib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar