«Suriyanı parsçalamağı dayandırmaq lazımdır» - Moqerini

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) diplomatiya başçısı Federiko Moqerini Suriya üzrə beynəlxalq konfransda çıxışı zamanı Suriyanı ayrı-ayrı hissələrə parçalamaqdan çəkinməyə çağırıb.

«Suriyanı hissələrə bölməkdən çəkinmək lazımdır, əksinə, onu necə birləşdirmək üzərində düşünmək gərəkdir» - deyə, Moqerini bəyan edib.

O, bir daha Avropa İttifaqının mövqeyini xatırladıb ki, Astana prosesinin qarant ölkələri öz öhdəliklərini yerinə yetirməli, dayanıqlı atəşkəsin qurulmasını təmin etməli, həm də rəsmi Dəməşqin Cenevrə prosesi üzrə BMT çətiri altında danışıqlarda iştirakına çalışmalıdırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar