İŞDƏN ÇIXARILAN KOMİTƏ SƏDRLƏRİ və NAZİR HƏBS EDİLƏCƏK? - "Mehdiyevin açıqlamaları cinayət işi açmaq üçün əsasdır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri arasında xeyli dəyişiklik edilib. Dəyişikliklərdən biri də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən uzaqlaşdırılması, əvəzinə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təyin olunmasıdır. Mia.az xəbər verir ki, Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Komitənin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb: "Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezidentİlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

R.Mehdiyev prezidentin Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüşdüyünü və ona konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb: "Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

PA rəsmisinin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamasını Diasporla İş üzrə Dövlət Komitəsində korrupsiyanın ifşa olunması kimi qiymətləndirirlər. Əgər söhbət maliyyə vəsaitlərinin öz ünvanına çatmamağından, yəni dolayısı ilə mənimsənilməsindən gedirsə, onda maraqlıdır, Prezident Adminstrasiyası rəhbərinin bu açıqlamasından sonra Nazim İbrahimov barəsində istintaq araşdırması başlaya və onun həbsi gerçəkləşə bilərmi?

Tanınmış hüquqşünas Cavad Cavadov Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir: "Maliyyə məsələlərinin qeyd edilməsi, onların ünvanına çatmaması mənimsəmədən, korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

Hüquqşünas bildirib ki, yeni sədr özü də bununla bağlı müraciət edə bilər:"Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda, Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər:"Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki minmanatadək miqdarda cərimə və yaüç yüz altmış saatdan dörd yüz səksənsaatadək ictimai işlər və yaiki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi minmanatadək miqdarda cərimə və yaəmlakı müsadirə olunmaqla və ya olunmamaqlabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə- əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqlabeş ildən onilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin işi barədə də sərt danışıb. “ O, deyib ki, Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır: “Azərbaycan prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə müəyyən iradlar tutub, xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini bildirib. Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

Prezident Administrasiyasının çıxışından belə məlum olur ki, Firudin Nəbiyevin vəzifəsindən çıxarılması Dövlət Miqrasiya Xidmətində baş verən rüşvətxorluqla bağlı olub. Ramiz Mehdiyevin sözləri, yeni rəisin Dövlət Miqrasiya Xidmətində ciddi “təmizlik” aparacağından xəbər verir.

Eyni zamanfa Dövlət Miqrasiya Xidmətin sabiq rəisi Firudin Nəbiyevlə bağlı cinayət işinin açılması, onun məsuliyyətə cəlb olunması da istisna deyil.

Firudin Nəbiyev ile ilgili görsel sonucu

Maraqlıdır ki, dünəndə mediada  Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin  özünə və ailə üzvlərinə məxsus olduğu iddia edilən dəyəri milyonlarla manatlarla ölçülən villaların fotolarını yayılmağa başlanıb.

Heydər Əsədov ile ilgili görsel sonucu

Bu aradasabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun da məsuliyyətə cəlb olunması gözlənilir.  Unikal.org saytı isə xəbər verir ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən uzaqlaşdırılması onun işinin öhdəsindən gələ bilməməsi, kənd təsərrüfatı sahəsində ciddi porblemlərin aşkar edilməsi ilə bağlıdır. Saytın əldə etdiyi məlumata görə, bu kimi yeyinti halları, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərinin maliyyə maxinasiyası aidiyyəti qurumlar tərəfindən araşdırılacaq. Bu da onu deməyə əsas verir ki, Heydər Əsədov qeyri-qanuni yolla əldə etdiyi milyon manatlarla pulun hesabını verməli olacaq. Onun məsuliyyətə cəlb olunma ehtimalı da təxmin edilir.

635x100

Şərhlər

veten dashi 2018-04-26 11:47:51

Kim ne qeder tikir tiksin ,ne qeder yiğır yığsın. Ya nadan ovlada qalar yeyib-icib dağıdar ya da..... Neynersen yığıban malı -dövleti ya qalar ovlada ya da ki yada Dünyanın malı qalar dünyada

naxçıvanlı 2018-04-26 11:47:51

Başından yekə ... harınlayaraq, akademik Ramiz Mehdiyevə amma qoyan hökmən cinayyət məsuliyyətinə cəlb edilməlidir!

gember gulu 2018-04-26 11:47:51

Migrasyanin haricilere gurdugu tele.hele devam edir. hariciler ulkeye geldiyinde geydiyata dusmek icin migrasyanin ofisine yaklasanda migrasyanin isini gorebileri deleduz sirket hemen yaninda faliyet gosterir.xaricilerin onune cixarak ozleri gaydiyata salir. bir hafta sonra zeng edilerki vizen gecerli deyil 300 manat ermesi var 150 manat ver duzeldek. Deleduzluk bas alip gidir migrasyadanda biri demirki siz burda hangi gaydiyat islemi yapisiz...tebiki ierdeki nufuzlu birinin firildagi

Sehriyar 2018-04-26 11:47:51

Men Kerimov Sehriyar Azer og. lu 22.03 1973_cu il tevelludluyem.Hal-hazirda movcud yaşayiş yerim Agsu Şeher Qaraqaşli kendidir.Azerbaycan Respublikasinin veteraniyam.halhazirda teqaudcuyem.6(alti)ilden cox herbi qulluqcu olaraq on cebhede dusmenle uz-uze doyuserek,respublikanin etazi butovluyu ve suverenliyini ugrunda leyaqetle xidmet. etmisem.umumi xidmet ilim 21-ile yaxindir.31-ilden cox guzestli xidmet ilim var,amma qanunlara emel olunmadigindan,illerdir dovlet qanununa esasen,ferdi torpaq sajesine sahib ola bilmirem.Sebebde odur ki,yasadigim Qaraqasli kendininde ferdi yasayis ucun ayrilmis torpag saheleri kecmis RIH Aflatun Rufiyev ve Anver Seydliyevin etraflari terfinden satilib menimsenilmisdir.Helede haqq-edalet axtariram.Goresrn bu olkede qanunlara ne vaxt yerine yetirilecek?...

Elçin 2018-04-26 11:47:51

Bu xalq nə qədər avamdı, bununda belə hüquqşunası olar. Lap tutdular, hakim, məhkəmə prorukor bu rüşvətxor sistemin üzvü deyil? yıqdıqlarından bir azını alıb buraxacaqlar. Bu məmləkətdə reform hüquq-mühafizə sistemindən başlamalıdır.

Vətəndaşlar 2018-04-26 11:47:51

Hicran Hüseynovanın bu qədər vətəndaşları işədüzəltmə adıyla aldadaraq külli miqdarda pul aldığına dair sübutlar-şahidlər,aido-vidoolar olduğu halda yenidən təstiq olması böyük TƏƏSÜFDÜR.Hicranın çanta dolu (170 min)dolları HÖKUMƏT EVİNDƏ İŞ KABİNETİNDƏ alması KORRUPSİYA Baş idarəsində öz təstiqini tapdı.Sabiq aparat rəhbərini ölkədən qaçıraraq Türkiyəyə, oradanda Gürcüstana göndərdi və orada maliyələşdirir.Aldadılan şəxslər ÖLKƏ RƏHBƏRLƏRİNƏ və HÜQUQ-MÜH-ORQ dəfələrlə müraciət etdilər.Bəs niyə seçildi??

Yağmur 2018-04-26 11:47:51

Cinayət Prosessual Məcəlləsinin 206-cı madddəsi

R-n 2018-04-26 11:47:51

Ay tupoy hidushgashunas,olkede bu tipli adamlari,yalniz az ogurladiglarina gore tuta bilerler.Cinayet mecellesi bunlar ucun yox,ac korpelerine 2-3 kilo kartof aparan analar ucundur....

hespe 2018-04-26 11:47:51

Bashlig cox duzgun gerarin motivi olardi.Bu adam cox naglidir,indiyedek hec kimi herlemir.

Son yazılar