Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib

Bu gün futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.

"Report"un məlumatına görə, Olimpik Starda kubokun cari mövsümünə İkinci Liqa təmsilçisi VİP FK və “Neftçi” İK-nın dueli ilə start verilib.

VİP matçın gedişində hesabda geri düşsə də, sonradan 3 qol vurmağı bacarıb. “FK.İtaldizain Futsal” – “Yasamal” oyununda isə qalib əlavə vaxtda müəyyənləşib.

VİP FK – “Neftçi” İK (2:1) 3:1

“FK. İtaldizain Futsal” – “Yasamal” (4:2) 8:7 (ə.v)

EKOL - “Gilan” (4:0) 13:3

ADBTİA - “Avanqard” (3:0) 7:1

“Romana” – “Yasamal-2” (4:4) 8:9

“Standard” – “Hell Energy” (1:2) 3:5

¼ final mərhələsində qarşılaşacaq cütlüklər:

“Araz” - “Yasamal-2”

“Marafon Futsal” - “FK. İtaldizain Futsal”

VİP FK – EKOL

“Hell Energy” – ADBTİA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar